Amerikalı investorlar Rəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər
ABŞ-ın paytaxtı Vaşinqtonda, ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da iştirak edib. Bu mötəbər tədbirdə çıxış edən Vüsal Qasımlı iştirakçılara Azərbaycanda qəbul edilmiş Strateji yol xəritələri barədə dolğun məlumat verib. İcraçı direktorun geniş təqdimatı Amerikalı iş adamlarında Azərbaycan iqtisadiyyatı və ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə aydın təsəvvür yaradıb. Daha sonra Vüsal Qasımlı Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan Azexport portalı barədə təqdimat edib. O, bildirib ki, sahibkarlara yeni, real imkanlar və şərait yaratmaq baxımından Azexport portalı çox əhəməyyətlidir. Həmçinin, İİTKM-nin icraçı direktoru Azərbaycan Rəqəmsal Ticarət Qovşağının yaradaılması istiqamətində görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatdırıb. O, qeyd edib ki, Rəqəmsal Ticarət Qovşaq ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.
Amerikalı investorlar Rəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər. İnvestorlar söhbət zamanı bildiriblər ki, ümumilikdə Azərbaycandakı islahatlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük ümid yaradır. Bu xüsusi ilə Azərbaycanın regionun rəqəmsal liderinə çevrilməsi baxımından önəmlidir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır