Almaniya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib. Görüşdə Azərbaycanda aparılan davamlı iqtisadi islahatlar və Strateji Yol Xəritəsi müzakirə olunub. Vüsal Qasımlı həmçinin Prezidentin Sərəncamı ilə yaradılan Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən Azexport.az portal haqqında Alman səfirinə məlumat verib. Əlavə edib ki, Azexport.az-ın funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Portal həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlıq edir.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Starteji Yol Xəritəsinin qəbul edilməsi ilə bağlı öz təbrikini və məmnunluğunu ifadə edib. Onun fikrincə Azərbaycanın bir neçə il üçün əsas strateji sənədi sayılacaq yol xəritəsi ölkədə iqtisadiyyatın inkişafına əlavə stimul verəcək.
Müzakirələr zamanı Azərbaycanda aparılan islahatlar, iqtisadiyyatın mövcud durumu və inkişaf perspektivləri, həmçinin Azərbaycan-Almaniya iqtisadi əlaqələri də diqqət mərkəzində olub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır