Almaniya İqtisadiyyatının Şərq Komitəsi Azərbaycanla əmakdaşlıq imkanını araşdırır
İqtidsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Almaniya Federativ Respublikasının Almaniya İqtisadiyyatının Şərq Komitəsinin (German Committee on Eastern European Economic Relations) icraçı direktoru Michael Harms və qurumun nümayəndəsi Felix Zimmermannı qəbul edib. Görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann da iştirak edib.
Qeyd edək ki, “Almaniya İqtisadiyyatının Şərq Komitəsi” Şərqi Avropa, həmçinin Qafqaz ölkələrində Almaniya iqtisadiyyatının maraqlarını təmsil edir və ən böyük alman şirkətlərini özündə birləşdirir.
Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan aparılan iqtisadi islahatlar barədə qonağa ətraflı məlumat verib. Vüsal Qasımlı Strateji Yol Xəritəsindən danışaraq bildirib ki, bu sənəd Azərbaycanda davamlı iqtisadi islahat prossesinin bir tərkib hissəsi kimi dizayn olunub və bundan sonra Azərbaycanda iqtisadiyyat üzrə qəbul olunacaq bütün dövlət təşəbbüsləri, strategiyalar, proqramlar Strateji Yol Xəritəsinə uyğunlaşdırılacaq. Müzakirələr zamanı Azexport.az portalı və Azərbaycan Rəqəmsal Ticarət Qovşağının yaradılmasına xüsusi önəm verilib. Vüsal Qasımlı bildirib ki, elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması prioritet istiqamətdir. Çünki Avropa İttifaqı ölkələrinin bazarlarına ixracın genişlənməsi Azərbaycanın marağındadır. Bu imkan həm də Azərbayacana əlavə investisiyaların cəlb olunmasına şərait yaradacaq.
“Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Michael Harms isə əlavə edib ki, onun Azərbaycana səfərinin əsas məqsədi ölkənin iqtisadiyyatı ilə yaxından tanış olmaq və mümkün əməkdaşlıq potensialı haqqında fikir mübadiləsi aparmaqdır. Qonaq əlavə edib ki, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin artırılmasında maraqlıdırlar. Bunun üçün Azərbaycanda geniş imkanlar var.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır