İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Yeni Qarabağnamə” kitabını təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabı işıq üzü görüb. Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbəmizin ikiilliyinə həsr edilən kitab Prezident İlham Əliyevin rəhbəriliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan post-konflikt quruculuğunda bəhs edir.
Kitabda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılması, sosial siyasət, yeni dövlət idarəetmə modeli, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyəti, iqtisadi və sosial infrastrukturun yaradılması, dövlət təşviqilə iqtisadiyyatın canlandırılması, yaşayış məntəqələrinin planlı bərpası, əhalinin böyük qayıdışının təşkil edilməsi, Ermənistanın beynəlxalq məsuliyyətə cəlb edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması siyasəti ayrı-ayrı bölümlərlə təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 12 sentyabr 2022-ci il tarixli qərarına əsasən nəşrə tövsiyə edilən kitab 11 müəllif tərəfindən yazılıb. Elmi redaktoru İİTKM-in icraçı direktoru Vüsal Qasımlı olan “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabını Ramil Hüseyn, Yusif Səfərov, Günay Quliyeva, Məsumə Talıbova, Coşqun Cəfərov, Mətanət Rəsulova, Aminə Bayramova, Ayhan Satıcı, Ayaz Müseyibov və Firdovsi Fikrətzadə hazırlayıb. Kitabdan hər kəs faydalana bilər.
Qeyd edək ki, “Yeni Qarabağnamə” kitabının ilk təqdimatı Vətən müharibəsi zəfərinin ikinci ildönümünə həsr olunan “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” adlı konfransda keçirilib. Kitab eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təqdim olunub. Kitabın ingilis dilində hazırlanan variantının xarici universitetlərdə və beyin mərkəzlərində təqdimatı planlaşdılır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib