“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi DİA-da təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə - 500 startap” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında infosessiya və təlim təşkil olunub.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov infosessiya çərçivəsində iştirakçılara startap fəaliyyəti və innovasiya ekosistemi haqqında məlumat verib, bu sahədə qlobal trendlər, yeni yanaşmalar və gənclər üçün mövcud imkanları izah edib.
Sonra “Startup School 4: Beş qitə - 500 startap” proqramı təqdim olunub. Layihənin məqsədləri, iştirak şərtləri, seçim mərhələləri, eləcə də təlim, mentorluq və investorlarla əlaqələndirmə imkanları barədə ətraflı məlumat verilib.
Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb və onların ideyaları üzrə ilkin müzakirələr aparılıb.
Qeyd edilib ki, proqramın yekun mərhələsi ən perspektivli startapların iştirak etdiyi və beynəlxalq səviyyədə təqdim olunduğu “TEI Forum 2026” çərçivəsində keçiriləcək. Bu mərhələdə iştirakçılar investorlar qarşısında çıxış edərək layihələrini təqdim etmək və maliyyə cəlb etmək imkanı əldə edəcəklər.
“Startup School 4” proqramına qeydiyyat 15 may tarixinədək davam edir.
Qeydiyyat üçün müraciət linki: https://startupschool.az/en/register








Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır