İİTKM-in departament rəhbəri Ayaz Müseyibov: "Qlobal iqtisadi artım zəifləyəcək"
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatla bağlı proqnozlarına dəyişikliklər etmişdir. Hesabatda gözlənildiyinin əksinə olaraq, 2022-ci ilə qlobal iqtisadiyyatın daha zəif göstəricilərlə daxil olduğuna vurğu olunur. Yeni ştammların meydana gəlməsi ilə bir sıra ölkələrin məhdudiyyətlərin tətbiqini yeniləməsi bu prosesdə öz mənfi təsirini göstərib. Enerji qiymətlərinin artması və təklif kanallarındakı pozulmalar inflyasiya proseslərinin gözləniləndən daha artıq formada baş verməsi ilə nəticələnib.
Beləliklə, 2021-ci ilin 5,9 faizlik artımı ilə müqayisədə, qlobal iqtisadiyyatın 2022-ci ildə əvvəlki proqnozlarla müqayisədə yarım faiz bəndi daha az, yəni 4,4 faiz artım göstərəcəyi proqnoz olunur. 2023-cü illə bağlı isə əksinə mövcud artım proqnozu 0,2 faiz bəndi artırılmaqla 3,8 kimi qeyd olunmuşdur. Bu isə daha çox vaksinasiyanın 2022-ci ildə artacağına və xəstəliyin müalicəsinə olan ümid və gözləntilərə bağlıdır.
Qlobal miqyasda iki mühüm məsələ - inkişafda olan ölkələrdən kapitalın qaçışı və qlobal geopolitik risklər yüksək olaraq qalmaqdadır.
Bütün bunları nəzərə alaraq, ölkələrə inflyasiyanın cilovlanması üçün daha sərt monetar siyasət yeridilməsi, limitlənmiş fiskal imkanların isə səhiyyə və sosial istiqamətə yönəldilməsi təklif olunur. Qeyd edim ki, daha öncəki hesabatlarında bank sektoru üçün, xüsusi ilə də inkişafda olan ölkələrdə korporativ borclar, bank olmayan kredit təşkilatlarında həssas maliyyə vəziyyəti, maliyyə bazarlarına çıxış, gəlirliliyin azalması kimi çağırışlarla adekvat mübarizə aparmaq üçün BVF makroprudenisal siyasət çərçivəsinin formalaşdırılmasını tövsiyə edirdi, hansı ki, kifayət qədər aktuallıq kəsb edir.
Eyni zamanda, vaksinləşmənin artırılması, qlobal əməkdaşlığın gücləndirilməsi kimi ənənəvi məqsədlərlə yanaşı, iqlim dəyişikliyi ilə mübarizənin göcləndirilməsinə xüsusi çağırış edilir. Bu isə təsadüfi deyil, çünki iqlim dəyişikliyi ilə qlobal mübarizənin “iqlimin xilası” üçün deyil, məhz iqtisadiyyatların özünün inkişafı naminə aparıldığı təsdiqlənən dayanıqlı inkişaf çağırışıdır.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf