Azexport.az portalı 15 beynəlxalq elektron ticarət qovşağı ilə əməkdaşlıq edir
- Ümumilikdə biz dünya üzrə statistikalara baxsaq, elektron ticarət istifadəçilərinin sayında son 10 ildə azalma olmadığını görərik. Bu tendesiya Azərbaycan üçün də keçərlidir. Elektron ticarət iqtisadi artımı dəstəkləyən bir mexanizmdir. İqtisadiyyatın rəqəmsallaşmasında və vətəndaşlarda rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılmasında elektron ticarətin çox böyük rolu var. Bu mənada nağdsız əməliyyatlar həm köşə iqtisadiyyatının qarşısını alır, həm də ticarət əməliyyatlarının şəffaflığını artırır. Bir məqamı da oxucuların diqqətinə çatdırmaq istəyirəm, məlumdur ki, son zamanlar ciddi elektron ticarətə böyük maraq müşahidə olunur. Azərbaycanda Amazon və eBay platformalarında məhsul satışı ilə məşğul olan şəxslər üçün sosial şəbəkə qrupları mövcuddur. Həmin qruplardan və ətrafımızda olan şəxslərdən aparılan hesablamalar göstərir ki, son 2 ay ərzində Azərbaycandan 100-dək şəxs “Amazon” “e-Bay” və digər beynəlxalq platformalarda məhsul satışına icazə verib.
- Elektron ticarət sahəsində mövcud problemlər və çatışmayan tərəflər nələrdir, onların aradan qaldırılması ilə bağlı hansı addımlar atılmalıdır?
- Hazırda elektron ticarət infrastrukturunun artırılması üçün işlər gedir. Bura həm özəl sektorlar, həm də dövlət tərəfindən böyük diqqət göstərilir. Müxtəlif yeni layihələr icra olunur. Artıq müəyyən sahələrdə ödənişlərin biometrik məlumatlar əsasında həyata keçirilməsi nümunələrinə də rast gəlirik. Bununla yanaşı xarici şirkətlər də Azərbaycanda müasir rəqəmsal ödəniş sistemlərinin tətbiqində maraqlıdırlar. Hesab edirəm ki, hazırkı sahənin inkişafı üçün şərti olaraq yaradılan bu imkanlardan istifadə daha da maraqlı ola bilər. Bir sözlə, müasir infrastruktur yaradılırsa, bundan istifadə etməkdə vətəndaşlar da maraqlı olmalıdır. Bununla yanaşı sahənin problemlərindən biri kiber ehtiyat və rəqəmsal savadlılıqdır. Təəssüf ki, biz vətəndaşlar arasında rəqəmsal ticarətdə dələduzluqla məşğul olan şəxslərə də rast gəlirik. Bununla yanaşı saxta saytlar yaradılır. Elektron ticarətdə dələduzluq nümunələrindən biri də məşhur olan saytların bənzərini dəyişdirərək kart məlumatlarının mənimsənilməsidir. Bunun üçün tez-tez istifadə edilən ödəniş və ya daşıma xidmətlərinin saytlarının göndərişləri yaradılır. İstifadəçi kart məlumatlarını bu platformada qeyd-şərtsiz cinayətkarlara ötürmüş olurlar. Vətəndaşlara tövsiyə edirik ki, belə hallarda xüsusi diqqətli olsunlar. Şəxsi məlumatlarını heç bir kənar şəxslə bölüşməsinlər.
- İldən-ilə Azərbaycanda elektron ticarətin inkişafı sürətlənsə də, biz bu sahədə hələ ki, bəzi ölkələrdən nisbətən geri qalırıq. Ölkəmizdə elektron ticarətin inkişafına dəstək olaraq dövlət bu sahədə hansı işlər görür?
- Hazırda 8 milyarda çatan dünya əhalisinin 30 %-i e-ticarətdən istifadə edir. Ənənəvi ticarət sürətlə e-ticarətlə əvəzlənməkdədir. Bəzi sahələrdə e-ticarət tam olaraq ənənəvi ticarəti üstələyib. Sahəyə olan maraq ölkəmizdə də e-ticarətin inkişafına müsbət təsir göstərib. Azərbaycanın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi, yeni bazarlara elektron ticarət platformaları vasitəsi ilə çıxış imkanlarının artırılması və rəqəmsal infrastrukturun diversifikasiyası dövlətin iqtisadi siyasətinin prioritetlərindən hesab olunur. E-ticarətin dəstəklənməsi məqsədilə bir çox layihələr həyata keçirilir, yeni Dövlət Proqramları qəbul olunur. Bu istiqamətdə atılan addımlardan biri də 2005-ci ildə “Elektron Ticarət haqqında” Qanunun qəbul olunmasıdır.
- Pandemiya dövründə insanların alış-veriş zamanı elektron ticarətə üstünlük verməsi məlumdur. Ancaq yenə də postpandemiya dövründə elektron ticarətçilər ənənəvi bazarın nümayəndələri ilə rəqabət apara bilmir. Bu rəqabəti necə gücləndirmək olar?
- Pandemiya dövründə elektron ticarətin zamandan və məkandan asılı olmadığını daha əlçatan və rahat olduğunu görən istehlakçlılar postpandemiya dövründə də elektron ticarət vərdişlərindən istifadə etməyə davam edirlər. Bununla yanaşı elektron ticarət rəqabət mühitini daha da təkmilləşdirib. Müşahidələrim onu deməyə əsas verir ki, hazırda elektron ticarətin yaratdığı rəqabətli mühitin təsirindən ölkədə fəaliyyət göstərən yerli brendlər qiymət siyasətinə yenidən baxmalı olub. Bu da bazarda ənənəvi ticarətin elektron ticarətə uyğunlaşması kimi qiymətləndirilməlidir.
- Sahibkarların öz ticarətlərini elektronlaşdırması zamanın tələbidir. Bu ticarət növünün sahibkarlar üçün hansı üstün cəhətləri var?
- Elektron ticarətdə sahibkarlar ənənəvi ticarətdən fərqli olaraq bəzi müntəzəm xərclərdən azaddırlar. Bu xərclərdən azad olma onlara məhsul və ya xidmətləri daha aşağı qiymətə təklif etmə imkanı yaradır. Misal olaraq icarə haqqı komunal mühafizə kimi xərclər elektron ticarətdə yoxdur. Düzdür elektron ticarətin də xərcləri formalaşır. Amma bu xərclər ənənəvi ticarətdə olduğundan azdır. Təbii ki, bu da öz növbəsində alıcıları da elektron ticarətə istiqamətləndirir.
- Elektron ticarət sahəsində gələcək illərdə inkişafı təmin etmək üçün Azərbaycanda elektron ticarətin inkişafı, o cümlədən ölkənin regional elektron ticarət qovşağına çevrilməsi ilə bağlı hansısa bir strateji planın hazırlanması zəruridirmi?
- Avropa İttifaqının Vahid Rəqəmsal Ticarət Bazarının Şərq Tərəfdaşlığı ölkələrinə inteqrasiyasının təmin olunması və bu ölkələr arasında ticarətin tam rəqəmsallaşdırılması məqsədilə pilot layihə icra olundu. Pilot layihə Azərbaycan Gürcüstan və Azərbaycan - Almaniya arasında baş tutub. Onlayn platforma vasitəsi ilə sifariş olunan məhsul haqqında məlumatların avtomatik olaraq poçt və gömrük orqanına təqdim olunması real təcrübədə test olundu. Qeyd edim ki, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında yaradılan virtual anbar platformasının idarəetməsi “Azexport.az” internet portalına həvalə olunub.
- “Azexport.az” portalı Azərbaycanda elektron ticarətin təşviq edilməsi va formalaşması üçün an uğurlu platformalardan biri hesab edilir. Portalın ümumi strategiyası barədə məlumat verərdiniz?
- Elektron ticarətin inkişafı istiqamətində ölkədə aparılan genişmiqyaslı işlərin davamı olaraq 21 sentyabr 2016- ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında İstehsal Olunan Malların Vahid Məlumat Bazasının Yaradılması” haqqında Sərəncama əsasən “Azexport.az” internet portalı yaradılıb. Portalın uğurlu fəaliyyətinin nəticəsi olaraq sahibkarların beynəlxalq elektron ticarət platformalarında təmsil olunması 100 dəfədən artıq, yerli məhsulların təmsil olunması isə 500 dəfədən artıq artıb. Portal fəaliyyət müddəti ərzində dünyanın 150-dək ölkəsindən 2 milyard ABŞ dollarından artıq ixrac sifarişi alaraq təmənnasız olaraq sahibkarlara təqdim edib.
Qeyd edim ki, ölkədə müasir rəqəmsal infrastrukturun yaradılması ilə yanaşı, bu infrastrukturdan istifadəyə də maraq da olmalıdır. Bu məqsədlə “Azexport.az” internet portalı tərəfindən 5 minədək şəxsin iştirakı ilə 100-dən artıq onlayn və əyani təlim, seminar təşkil olunub. Yerli və xarici ekspertlərin iştirakı ilə təşkil olunan təlimlər Azərbaycanın müxtəlif bölgələrində sahibkarlarla və aidiyyəti ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə ali təhsil ocaqlarında həyata keçirilib. “Azexport.az” portalı vasitəsilə Flippin, İndoneziya, Dominikan kimi uzaq ölkələr də Azərbaycanın məhsul ixracına dəstək göstərir. Hazırda daha çox Amerika bazarı ilə işləyirik.
- “Azexport.az”ın beynəlxaq elektron ticarət qovşaqları ilə əlaqələri hansı səviyyədədir?
- Hazırda portal 15-dək platforma ilə əməkdaşlıq edir. Bunlar “Amazon”, “eBay” “Alibab”a kimi öz auditoriyası olan platformalardır. Əməkdaşlığımız öz məhsullarımızı hədəflədiyimiz istiqamət üzrə idxal etmək üzərində qurulub. Hesab edirəm ki, bundan sonra da əlaqələrimiz yüksələn xətlə irəliləyəcək.
- Yerli sahibkarlar bəzən xarici bazarlara çıxmaqda çətinlik yaşadıqlarını deyirlər. “Azexport”da sahibkarların beynəlxalq elektron ticarətə inteqrasiyasi necə baş verir?
- Portalımız ilk fəaliyyətə başladığı dövrdə sahibkarların inteqrasiyası ilə bağlı müəyyən çətinliklər çəkirdik. Bunun bir sıra obyektiv səbəbləri var idi. Sonradan beynəlxalq platformalarda məhsulların yerləşdirilməsi proseduru tamamlandı. Artıq sahibkarlar qeydiyyatdan keçir, məhsulunu yerləşdirir.
- 2022-ci ilin sonlarında ABŞ-yə işgüzar səfəriniz olmuşdu, orada Azərbaycan məhsullarının satışı, ixracı ilə bağlı hansı irəliləyişlər əldə etdiniz?
- Əvvəlcə onu qeyd etmək istərdim ki, Azərbaycan mallarına ABŞ bazarında çox böyük maraq mövcuddur. Bir çox idxalçılarla müəyyən istiqamətlər üzrə artıq danışıqlar da gedir. Bəzi yerli şirkət nümayəndəsi və ABŞ-də yerləşən idxalçılarla onlayn görüşlər həyata keçirilib. İxrac zamanı diqqət etməli olduğumuz məqamlar asasən məhsulların təbii və kimyəvi qatqısız olmasıdır. Bununla yanaşı məhsulların raf ömrünün uzun olmasıdır. Bu iki tələbin bir arada qorunub saxlanması bir qədər çətinlik yarada bilir. Eləcə də ixrac olunan malların ixrac bazarına uyğunlaşdırılması başlıca şərtlərdəndir. Buna misal olaraq meyvə şirələrini qeyd edə bilərəm. Belə ki, ABŞ bazanında bizdə olduğu kimi şüşə qablarda olan meyvə şirələrinə maraq azdır. Əsasən plastik konteynerlərdə meyvə şirələri daha çox istehlak olunur. Hesab edirəm ki, bunun da başlıca səbəbi daha təhlükəsiz və daşınması rahat olduğundandır. Bu səbəbdən Azərbaycandan ABŞ-yə ixrac olunan məhsulların qablaşdırılması istiqamətində müəyyən yeniliklərin tətbiqinin məqsədəuyğun olacağını düşünürəm.
- Xaricdə Azərbaycanın hansı məhsullarına daha çox maraq var?
- Qeyd edim ki, Azərbaycan dünyada çox məhsulu ilə tanınır. Bura biz nar suyu, alma, pomidor, xurma və fındıq kimi məhsulları qeyd edə bilərik. 2021-ci ildə Azərbaycan xurma məhsulunun ixracında Çini geridə qoyub və İspaniyadan sonra dünyanın ikinci ən böyük xurma ixracatçısı olub.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise