İİTKM Heydər Əliyevin irsinə həsr olunan videoicmal hazırlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin növbəti videoicmalı Azərbaycanın innovativ inkişafında müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevə həsr olunub. “Ulu Öndər Heydər Əliyev irsi” adlı icmalda dahi dövlət xadiminin iqtisadi və sosial sahələrdə olan uğurlu fəaliyyəti bir neçə mərhələyə bölünərək, illər üzrə təqdim olunub və islahat prosesinin əsas istiqamətləri təfərrüatlı şəkildə göstərilib.
“III Sənaye inqilabı” bölməsində H.Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın formalaşdırılması məsələlərinə yer ayrılıb. 1982-87-ci illəri əhatə edən ikinci hissədə SSRİ Nazirlər Soveti sədrinin I müavini olaraq H.Əliyevin kurasiya etdiyi sahələr sadalanıb. “Keçid dövrü” adlandırılan üçüncü hissə isə 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərini əhatə edir. Daha sonra IV Sənaye inqilabına hazırlıq dövrünə yer verilib. 1993-2003-cü illəri ehtiva edən bu mərhələ “Müstəqil Azərbaycan Respublikasında sosial bazar modeli” adlandırılıb. Burada Ulu Öndərin dörd komponenti birləşdirən yeni sosial bazar modelini tətbiq etdiyi qeyd olunub.
Videoicmalın sonunda Prezident İlham Əliyevin 2003-cü ildən bəri davam etdirdiyi uğurlu siyasətə və apardığı nəticəyönümlü islahatlara yer ayrılıb.
Videoicmala bu link vasitəsi ilə baxmaq mümkündür: https://bit.ly/42lUdsI
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri
Azərbaycan Türk dünyasında ticari-iqtisadi potensialın artırılmasında əsas drayverlərdəndir
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
İİTKM-in şöbə müdiri Təranə Salıfova: "Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək"