Son bir neçə ildir ölkəmizdə milli iqtisadiyyatımızın investisiya cəlbediciliyi baxımından bir sıra uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır. Yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Azərbaycanın qeyri-neft sektorunda Türkiyə şirkətləri tərəfindən qoyulan investisiyalar çox zaman üstün mövqeyə malik olub. Bundan başqa, ABŞ, Böyük Britaniya, BƏƏ, Almaniya, Fransa və Rusiyadan, demək olar, hər il Azərbaycanın qeyri-neft sektoruna müəyyən qədər investisiyalar yatırılır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin müavini Günay Quliyeva "525"ə açıqlamasında son illər xarici investorların əsasən tikinti, nəqliyyat, elektrik enerjisi istehsalı, elmi və texniki sahələrinə maraq göstərdiklərini qeyd edib. İnvestisiya mühitinin yaxşılaşdırlması və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Rəqəmsal transformasiyaya uyğun olaraq ölkədə xarici investorların biznes fəaliyyətinə başlaması elektronlaşdırılaraq sadələşdirilib. Bu sahədə aparılan islahatlardan biri də, kiçik və orta sahibkarlıq subyektlərinin 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azad edilməsidir. Sahibkarlar üçün tətbiq olunan vergi güzəştlərindən biri də kənd təsərrüfatı ilə bağlıdır. 22 noyabr 2013-cü il tarixli 824 nömrəli qanuna əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikiliklərə görə, 2014-cü il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddırlar.
İnvestorlarla bağlı güzəştlərdən biri də yaradılmış sənaye parklarının rezidentlərini əhatə edir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.
Günay Quliyevan, həmçinin, ötən illərdə özəl sektorda inkişafın əsas aparıcı qüvvəsi qeyri-neft/qaz sahəsi olduğu halda, get-gedə investorların marağının daha çox qeyri-neft sektoruna yönləndiyini bildirib. Qeyd edib ki, 2021-ci ildə qeyri-neft/qaz investisiyalarda özəl investisiyaların payı 44,6 faizə çatıb. Bu investisiyalarda xarici investorlar mühüm rol oynayıb. Xarici investorların ölkəyə cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirir. Mərkəzi Bankın məlumatlarına əsasən, 2022-ci ilin 9 ayında qeyri-neft/qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artaraq, 1.4 mlrd dollar olub.
Ümumi olaraq strategiyada 2026-cı ilə qədər qeyri-neft/qaz sektoru üzrə birbaşa xarici investisiyaların həcminin hər il 10-15 faiz artımı nəzərdə tutulub. Həmçinin, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması, iqtisadiyyatın şəffaflaşması kimi bir sıra məsələlər qarşıya məqsəd kimi qoyulub. Belə investisiya stimulları, ölkədə biznesin və sahibkarlığın inkişafı üçün atılan addımlar ölkəni get gedə daha da inkişaf etdirir.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov müsahibəsində xarici investorların ölkəmizdə investisiya qoyduqları sahənin əsasən enerji sektoru olduğunu dilə gətirib: "Uzun müddət xarici investisiya sahəsində enerji sektoru digər sektorları üstələmişdi. Siyasətimiz o istiqamətdə oldu ki, investisiyalar qeyri-neft sektoruna cəlb edildi. Bunun üçün isə təbii ki, xarici investorları cəlb etmək üçün xüsusi addımlar atılmadılıdır".
Son 18 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır.
Bəs hər hansı ölkədə yatırım etmək üçün ilk növbədə hara müraciət olunmalıdır?
İqtisadçı-ekspert Asif İbrahimov "525"ə açıqlamasında xarici investorların hər hansı bir ölkəyə yatırım qoymaları üçün beynəlxalq reytinqlərin mövcud olduğunu vurğulayıb. Öncə investorlar məlumat almalıdırlar. Dünya Bankının "Duong Business" adlı reytinqi var və ölkə haqqında məlumat almaq üçün həmin reytinqə müraciət edilir. Hansısa ölkədə investisiya mühitinin hansı səviyyədə olduğunu, dünyada və həmin regionda neçənci yerə sahib olduğunu, lisensizayaların əldə olunması, məhkəmə hüquq islahatların aparılması, iqtisadi mühitin formalaşdırılması göstəricilərinə baxaraq bir qərara gəlmək olur. Azərbaycan bu reytinqdə son illər də 27-28 pillə irəliləyərək ön sıralarda çıxa bilib. Bu, təbii ki, ölkəmizdə bir çox sahələrdə islahatların aparılması ilə bağlıdır. Həmin reytinqləri nəzərdən keçirsək görərik ki, ölkəmizdə lisenziyalı icazələrin alınması proseduru çox asanlaşıb. Eyni zamanda, məhkəmə hüquq sisteminda müəyyən islahatlar aparılıb və 10-15 il öncəki problemlər aradan qaldırılıb".
Sonda bir məqamı da qeyd edək ki, yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin olması da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir.

Çox oxunan xəbərlər
İİTKM-in innovativ layihələri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığa başlayıb
Azexport və DTH-in imkanları Belarusda keçirilən beynəlxalq konfransda təqdim olunub
“İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb
“İxrac icmalı”nın yanvar buraxılışının ilkin rəqəmləri təqdim olunub
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
“Azexport” portalı “Payoneer"-lə daha sıx əməkdaşlıq edəcək
Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya…
“Startaplara dəstək” layihəsi uğurla başa çatıb
İsmət Vaqifzadə: “İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə güclü…
“Azexport” Azərbaycan məhsullarının Aİ ölkələrinə ixracını genişləndirir