COVID-19 pandemiyasının dünyada məşğulluğa təsiri və postpandemiya dövründə yeni ixtisaslar

Zənurə Talıbova

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

20 aprel 2020, 17:52

 COVID-19 pandemiyasının dünyada məşğulluğa təsiri və postpandemiya dövründə yeni ixtisaslar

Pandemiya həyatımızın hər bir sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Lakin sözsüz ki, ciddi narahatlıq yaradan məsələlərdən biri işsizlikdir. Bəli, COVID-19 pandemiyası səbəbilə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müəssisələr və işçilər ciddi problemlərlə üzləşirlər. Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) açıqlamalarına görə pandemiya 2020-ci ilin sonuna qədər davam edərsə dünyada təqribən 25 milyon insan işsiz qala bilər ki, bu yetərincə böyük rəqəmdir. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu illərin qlobal maliyyə böhranı 22 milyon insanın işsiz qalmasına səbəb olub.

Dünya İqtisadi Forumunun açıqlamalarına görə hazırda dünyada 4 milyarddan çox insan pandemiya səbəbilə sosial təcrid olunaraq evlərindən çıxmır. Bu da öz növbəsində xidmət və logistika  sektoruna mənfi təsir göstərir. Aparılan hesablamalara görə pandemiyadan xüsusilə zərərçəkən sahələr otellər, aviaşirkətlər, restoranlar, alış-veriş mərkəzləri və mağazalardır. Nəticədə sadalanan sahələrdə çalışan bir çox insan iş yerlərini itirə bilər. Artıq dünyanın bir çox nəhəng şirkətləri virus səbəbilə öz işçilərini qısamüddətli və ya uzunmüddətli dövr üçün işdən uzaqlaşdırıb.

Cədvəl 1.

Mənbə: Beynəlxalq Əmək Təşkilatı (International Labour Organization)

Aviaşirkətlər minlərlə işçilərini müvəqqəti olaraq işdən uzaqlaşdırırlar

Qeyd olunduğu kimi, pandemiyanın əsas təsir göstərdiyi sahələrdən biri də aviaşirkətlərdir. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə əksər ölkələrin sərhədlərini bağlaması və daxili hərəkət məhdudiyyəti tətbiq olunması səbəbilə səyahət edən insan sayı kəskin azalıb. Mütəxəssislər hətta pandemiya bitdikdən sonra belə insanların qorxu səbəbindən bir müddət səyahət etməyəcəyini hesab edirlər.

Sözsüz ki, aviaşirkətlərin geniş həcmdə böhranla üz-üzə qalacaqları qaçılmazdır. Artıq bəzi aviaşirkətlər müflisləşmə həddindədirlər. Belə ki, bütün dünyada aviaşirkətlərin ümumi gəlirinin 113 milyard dollara yaxın azalacağı gözlənilir. Bu səbəbdən də aviaşirkətlər öz işçilərinin bir hissəsini qısamüddətli və ya uzunmüddətli dövr üçün işdən uzaqlaşdırırlar. Bəzi məlumatlara nəzər salaq:

  • Kanadanın “Air Canada” aviaşirkəti 5100 işçisini müvəqqəti olaraq işdən çıxarıb.
  • Britaniyanın “British Airways” aviaşirkəti qısamüddətli və ya uzunmüddətli dövr üçün 36.000 işçini azaldacağını açıqlayıb.
  • Norveçin “Norwegian Air” aviaşirkəti uçuşlarının 85%-ni azaltdığını və işçilərinin 90%-ni müvəqqəti olaraq işdən uzaqlaşdırdığını bildirib.
  • ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “Delta Air Lines” şirkəti 40.000-dən çox işçisinin iş günlərinin sayını ixtisar edir.

Dünya ölkələri üzrə təqribən 195 milyon insanın iş saatları azaldılıb

2020-ci ilin ikinci rübündə pandemiya səbəbilə dünya ölkələri üzrə çalışanların iş saatlarının 6,7%-nin azalacağı gözlənilir. Pandemiyanın iqtisadiyyatda yaratdığı zərərlər səbəbilə müəssisələrdə iş saatlarının və əmək haqqların azaldılması nəticəsində bəzi insanların könüllü olaraq da işlərini tərk edəcəyi gözlənilir.

 

                   Cədvəl 2.

Mənbə: Beynəlxalq Əmək Təşkilatı (International Labour Organization)

 

Ən çox zərərçəkən sahələrdən biri olan turizm sektorunda məşğulluq

Hazırda qlobal ÜDM-in 10%-ni təşkil edən turizm sektoru pandemiyadan ən çox zərərçəkən sahələrdən biridir. Ümumdünya Səyahət və Turizm Konsulluğunun (World Travel and Tourism Council) sözlərinə görə 2020-ci ildə turizm sektorunda 25% kiçilmə gözlənilir. Dünya üzrə turizm sektorunun gəlirlərinin 30-50 milyard dollar həcmində azalacağı təxmin edilir. Eyni zamanda, Konsulluğun açıqlamasına görə pandemiya səbəbindən turizm sektorunda çalışan 50 milyona yaxın insan işsiz qala bilər. İşsiz qalan 50 milyon insanın 30 milyonunun Asiya, 7 milyonun Avropa, 5 milyonunun Amerika və qalanının isə digər qitələrin payına düşəcəyi təxmin edilir. Pandemiya bitdikdən sonra sektorun bərpa olunaraq normal səviyyəyə qayıtması 10 ay davam edə bilər.

Yaranmış işsizlik problemlərinin yetərincə ciddi olduğunu görmək mümkündür. Bu problemlərin aradan qaldırılması, yəni məşğulluğa dəymiş ziyanın bərpası mümkündürmü?

Koronavirus pandemiyası səbəbilə yaranan işsizliyin bərpası əsasən iki məsələdən asılıdır:

  • 2020-ci ilin ikinci yarısında dünya iqtisadiyyatının nə qədər tez bərpa olunacağı;
  • Görülən tədbirlərin əməyin səmərəliliyi üçün nə qədər effektiv olacağı.

 

Bəs məşğulluğun bütün sahələrimi pandemiyadan zərər gördü?

Əlbəttə ki, xeyr. Hazırda 4 milyarddan çox insanın evlərindən çıxmaması, alış-veriş mərkəzləri və mağazaların bağlı olması səbəbilə onlayn alış-verişə misli görülməmiş dərəcədə tələb artır. Buna misal olaraq ən böyük onlayn satış platforması olan Amazon şirkətini göstərmək olar. Dünyanın böyük şirkətlərinin səhmlərinin sürətlə dəyər itirdiyi bu vaxtda Amazonun icraçı direktoru Ceff Bezosun (Jeff Bezos) sərvəti 20% artaraq 138 milyard dollara çatıb. Business Insider-in açıqlamasına görə şirkət işçilərinin əmək haqqılarını artırır, 100.000 yeni işçi götürüb və daha 75.000 işçi götürməyi planlaşdırır.  

Restoran və kafelərin bağlı olduğu bu vaxtda insanlar çatdırılma xidmətindən istifadə edir. Bu da öz növbəsində ayrı-ayrı kuryer şirkətlərinə, restoranların çatdırılma xidmətlərinə daha çox işçi tələb olunmasına gətirib çıxarır. Əvvəllər çatdırılma xidməti göstərməyən supermarket və apteklər də artıq bu xidməti yaradaraq yeni işçilər cəlb etməyə başlayırlar.

Postpandemiya dövrünün “kral”ı - rəqəmsal dünya ilə bağlı proqnozlar

Uzun müddətdir maliyyə və zaman çatışmazlığının bəhanə edilərək ertələndiyi rəqəmsallaşmaya tam keçid artıq iş dünyasında müzakirə olunan əsas mövzulardan biridir. Dünyada gözlənilmədən baş verən COVID-19 pandemiyasının bu mövzuda böyük rolu olduğunu müşahidə edirik. Mövcud vəziyyət əmək bazarının bir çox sahəsində rəqəmsallaşmanı sürətləndirəcək və zəruri edəcək. Hazırda rəqəmsal baxımdan daha irəlidə olan ölkələrin bu pandemiyanın zərərlərinin öhdəsindən daha rahat gələcəyini görürük.

Virusun yayılmasının qarşısının alınması məqsədilə iş yerlərinin müvəqqəti bağlanaraq məsafədən işləmə sisteminə keçilməsi ilə milyonlarla insan evdən işləyir. Birgə telekonfranslar, videoiclaslar təşkil olunur. Bu yeni rəqəmsal qaydaların  vaxta və digər resurslara qənaət etdiyini, daha rahat olduğunu görən bir çox şirkətlərin işlərinə postpandemiya dövründə də bu şəkildə davam edəcəyi proqnozlaşdırılır.

Ümumən işlərin rəqəmsala keçirilməsi, istehsal texnologiyalarının avtomatlaşdırılması, yeni nəsil proqram və təchizatların inteqrasiya edilməsi, telekonfransların təşkil edilməsinin postpandemiya dövründə də iş dünyasının gündəliyində ilk sıralarda yer alacağı gözlənilir.

Eləcə də, ehtimal olunur ki, pandemiya bitdikdən sonra da bir çox insan evlərini tərk etmədən arzu etdikləri yeməkləri restoran, kafe və supermarketlərdən sifariş edəcək. Belə olduğu halda rəqəmsal dünya sürətli şəkildə inkişaf edərək həyatımızı kəskin dəyişəcək. Postpandemiya dövründə artıq fiziki mübadilənin arxa fona, rəqəmsal mübadilənin ön plana keçəcəyini müşahidə edəcəyik.

Məsafədən təhsil sistemi daha sıx tətbiq ediləcək

UNESCO-nun açıqlamasına görə hazırda dünyada 1,4 milyarda yaxın tələbə və şagird mövcud vəziyyətlə əlaqədar olaraq təhsil müəssisələrinin bağlandığı üçün evlərində qalaraq onlayn dərs keçirlər. Bu müddət ərzində məsafədən təhsil inkişaf edərək postpandemiya dövründə də tətbiq oluna bilər. Daha sonra həmin məzunların artıq iş dünyasındakı rəqəmsal yeniliklərlə əvvəlcədən yaxından tanış olması işlərini asanlaşdıracaqdır. Eyni zamanda, ölkəmizin orta və ali təhsil müəssisələrinə dünyanın qabaqcıl universitetlərinin professor və müəllimlərinin iştirakı ilə onlayn dərslər təşkil edilməsi də mümkün olacaq. Bu da təhsil sistemimizin inkişafında mühüm rol oynaya bilər.

Nəticə

COVID-19 pandemiyasının məşğulluğa vurduğu böyük zərər əlbəttə ki, iqtisadiyyatın bərpa olunması ilə birlikdə paralel şəkildə aradan qaldırılacaq. Lakin pandemiyanın məşğulluğun bəzi sahələrində yaratdığı müsbət irəliləyişləri də xüsusi qeyd etmək lazımdır. Bu irəliləyişlərin postpandemiya dövründə də davam edəcəyi gözlənilir. COVID-19 məşğulluğun bir çox sahələrində rəqəmsallaşmanı zəruri edəcək. Xüsusən İT sektorunda yeni ixtisasların yaranacağı, bundan başqa, insanların uzaqdan onlayn işləmə tendensiyasının postpandemiya dövründə də davam edəcəyi gözlənilir.

Baş verənlərə daha pozitiv bucaq altında baxdıqda isə onu qeyd etmək olar ki, adətən koronavirus pandemiyası kimi qəfil hadisələrin yaratdığı kəskin tənəzzüllər daha sonra sürətli bərpalar və yüksəlmələrlə

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R