Ümumiyyətlə, son illər Azərbaycan məhsullarına okeanın digər tərəfindən marağın artdığını müşahidə edirik. Bunun səbəblərinə baxdıqda, bura aparılan marketinq və kommunikasiya kampaniyalarının nəticələrinin özünü göstərməsi, həmçinin paralelində mövcud geo-siyası hadisələr və qloballaşma kimi müxtəlif amillərin təsirini sadalamaq olar.
Statistikalara baxdıqda ötən ilin yanvar-oktyabr aylarında ABŞ bazarına ixrac olunan malların siyahısında önə çıxan məhsullardan 25.5 milyon ABŞ dolları dəyərində xammal formasında alüminium (alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar), həmçinin 4.5 milyon ABŞ dolları dəyərində ferrosilisium (tərkibində 55 kütlə %-dən çox silisium olan ferrosilisium ərintiləri) ərintiləri, həmçinin 1 milyon ABŞ dolları dəyərində mineral və ya kimyəvi azot gübrələri kimi məhsulların önə çıxdığı görünür. Qeyd etmək yerinə düşər ki, bu dövrdə zeytun yağı, nərə balıqlarının kürüsü, meyvə şirələri, mineral sular, konservləşdirilmiş meyvə tərəvəz, peçenye, vafli və digər qənnadı məhsullarının ixrac göstəricilərinin digər kateqoriyalardan seçildiyi görünür.
Azərbaycan məhsullarının Amerika bazarında möhkəmlənməsi məsələsinə konkret faktlar üzərindən baxdıqda görürük ki, son illərdə ABŞ bazarında fəaliyyət göstərən distributor şirkətlər bizim məhsullarla daha çox maraqlanırlar. Təbii ki, bu marağın formalaşmasında Azexport portalının da rolunu qeyd etmək yerinə düşər. Belə ki, ötən il ərzində portalın dəstəyi ilə onlarla ABŞ şirkətinin peçenye, vafli, konservləşdirilmiş, dondurulmuş və qurudulmuş meyvə tərəvəz, həmçinin qazlı, qazsız meyvə şirələri və mineral su istehsalçıları ilə görüşləri təşkil olunub, təqdimatları həyata keçirilib. Həmçinin, bu şirkətlərin nümayəndələrinin ölkəyə səfərləri təşkil olunub, yerli istehsalçıların istehsal və emalı prosesləri ilə tanışlığı təşkil olunub.
Bununla yanaşı, Azərbaycan malları Azexportun dəstəyi ilə Amazon, Ebay, Alibaba kimi 15-dək platformada 7/24 nümayiş olunur. Bu platformalara milyonlarla insan daxil olur, məhsulları görür. Doğrudur, orada bizim məhsulları görən insanların bir qismi sifariş üçün müraciət edir. Amma digərləri də artıq belə bir məhsulun mövcudluğundan xəbərdar olurlar ki, hər iki halda bu işlər Azərbaycan məhsullarının tanıdılmasında ciddi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, son zamanların ən dəyərli aləti datalar-yəni məlumatlardır. Kim daha çox məlumatlıdırsa o öndədir. Hətta deyərdim qalibdir. Qloballaşma və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi mühitdə bu datalara hamıdan öncə çatmaq, hansı ölkədə hansı məhsula daha çox tələbin olduğunu vaxtında bilmək, həmçinin bazar qiymətlərindən xəbərdar olmaq bizneslər üçün həyatı əhəmiyyət kəsb edir. Bu platformalar real rejimdə bazarda baş verənləri anlamağa da kömək edir.
Bu baxımdan fürsətdən istifadə edərək, sahibkarları Azexportla daha yaxından əməkdaşlığa dəvət edir, yenilikləri izləməyə çağırırıq
Çox oxunan xəbərlər
İİTKM-in innovativ layihələri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığa başlayıb
Azexport və DTH-in imkanları Belarusda keçirilən beynəlxalq konfransda təqdim olunub
“İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb
“İxrac icmalı”nın yanvar buraxılışının ilkin rəqəmləri təqdim olunub
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya…
Green Talk: Rumıniyalı professorun "Yaşıl marketinqin dayanıqlı inkişafda rolu"…
İsmət Vaqifzadə: “İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə güclü…
COP29 Azərbaycanın iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq
“Azexport” portalı “Payoneer"-lə daha sıx əməkdaşlıq edəcək