Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Budapeştdə Macarıstandakı səfirimiz ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə ilə görüşüb. Sahəvi tədqiqatlar aparmaq məqsədilə Budapeştdə olan A.Satıcı görüşdə rəhbərlik etdiyi mərkəzin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Görüş zamanı A.Satıcı bildirib ki, o, Macarıstanda olduğu müddətdə “Orta Dəhlizin Vişeqrad Qrupu (V4) ölkələrinə təsirinin araşdırılması: imkanlar, çağırışlar və siyasi-iqtisadi nəticələri” mövzusunda sahəvi tədqiqat aparacaq və Macarıstanın öndə gedən təhsil müəssisələrində mühazirə deyəcək. TDAM rəhbəri bu tədqiqatı “Think Visegrad—V4” beyin mərkəzləri platformasının və Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun (HİİA) birgə proqramı çərçivəsində həyata keçirdiyini bildirib, proqramda iştirak edən seçilmiş şəxslərin iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmalar apardıqlarını qeyd edib.
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Türk Dünyası Araşdırmalar Mərkəzinin həyata keçirdiyi layihələrin türkdilli ölkələr arasında inteqrasiyanın sürətləndirilməsinə təsirindən məmnunluq ifadə edib. Müzakirə zamanı həmçinin Azərbaycanın Macarıstandakı səfirliyində “Türk Dövlətləri İqtisadiyyatı” kitabının və “Azexport.az” portalının təqdimatının keçirilməsinə dair razılıq əldə olunub.







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir