TDAM-ın rəhbəri “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” adlı tədbirdə iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri vəzifəsini müvəqqəti icra edən Ayhan Satıcı “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin qarşılıqlı səfirləri, Özbəkistanın araşdırma mərkəzlərinin, ayrı-ayrı dövlət qurumları və nazirliklərinin nümayəndələri, Azərbaycanın millət vəkilləri və araşdırmaçıları iştirak ediblər.
Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivlərinə həsr olunmuş tədbirdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsi, habelə onların həyata keçirilməsi üçün konkret təklif və təşəbbüslərin işlənib hazırlanması kimi məsələlər müzakirə edilib. Ulu Öndər Heydər Əliyevin iki ölkə münasibətlərinin inkişafında xüsusi rolu olduğu vurğulanıb. Azərbaycan və Özbəkistanın bir sıra sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın inkişafında ortaq maraqlara malik olduğu qeyd edilib.
Dəyirmi masanın iştirakçıları “Özbəkistan-Azərbaycan münasibətləri: müasir imkanlar və perspektivlər” və “Orta Asiya və Azərbaycan: sabitlik və davamlı inkişaf naminə qarşılıqlı əlaqələr” mövzusu ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri Azərbaycana gerçəkləşdirdikləri səfər çərçivəsində avqustun 7-də İİTKM-də də olublar, burada qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.






Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu