“Startup School”da növbəti dərs startaplar üçün başlanğıc maliyyənin əldə edilməsi haqqında olub
“Startup School”da növbəti dərsin mövzusu “Startaplar üçün başlanğıc maliyyənin əldə olunması”na (“Bootstrapping for Startups”) həsr edilib. Təlimi OSTİM Texniki Universitetinin Sahibkarlıq və Liderlik Mərkəzinin direktoru Ph.D Melike Aktaş Bozkurt təqdim edib.
Təlim zamanı M. Bozkurt bildirib ki, bu kursun əsas məqsədi tələbələrin minimum kənar maliyyə və ya resurslarla biznesə başlamaları üçün onlarda lazımi bacarıqları formalaşdırmaq, həmçinin onları zəruri alətlərlə təchiz etməkdir. O, ilk dövrlərdə böyük kapital olmadan startapları biznesə çevirməyin və ümumiyyətlə, bu işə başlamağın çətinliklərini aradan qaldırmaq üçün bacarıqlı, yaradıcı və yenilikçi olmağın yollarından danışıb.
Qeyd edək ki, treninqlərin sonunda seçilən 9 layihə (komanda) “SABAH.Lab”ın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcəklər.
LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”