“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi DİA-da təqdim olundu

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi DİA-da təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə - 500 startap” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında infosessiya və təlim təşkil olunub.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov infosessiya çərçivəsində iştirakçılara startap fəaliyyəti və innovasiya ekosistemi haqqında məlumat verib, bu sahədə qlobal trendlər, yeni yanaşmalar və gənclər üçün mövcud imkanları izah edib.

Sonra “Startup School 4: Beş qitə - 500 startap” proqramı təqdim olunub. Layihənin məqsədləri, iştirak şərtləri, seçim mərhələləri, eləcə də təlim, mentorluq və investorlarla əlaqələndirmə imkanları barədə ətraflı məlumat verilib.

Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb və onların ideyaları üzrə ilkin müzakirələr aparılıb.

Qeyd edilib ki, proqramın yekun mərhələsi ən perspektivli startapların iştirak etdiyi və beynəlxalq səviyyədə təqdim olunduğu “TEI Forum 2026” çərçivəsində keçiriləcək. Bu mərhələdə iştirakçılar investorlar qarşısında çıxış edərək layihələrini təqdim etmək və maliyyə cəlb etmək imkanı əldə edəcəklər.

“Startup School 4” proqramına qeydiyyat 15 may tarixinədək davam edir.

Qeydiyyat üçün müraciət linki: https://startupschool.az/en/register

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi DİA-da təqdim olundu
“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi DİA-da təqdim olundu