İİTKM və BMT “Qida təhlükəsizliyi” dərsliyini hazırlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə “Qida təhlükəsizliyi” mövzusunda təlim təşkil edib. Təlimdə bu mövzuda hazırlanan dərsliyin həmmüəllifləri, eləcə də layihədə iştirak edən qurumların nümayəndələri iştirak ediblər.
İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı keçirilən islahatların önəmindən bəhs edib. O, İİTKM və AQTA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihədə həm dövlət qurumlarında, həm akademik sferada, həm də özəl sektorda çalışan müəlliflərin iştirakının kitabın nəzəri bilikləri praktiki nümunələrlə birləşdirən fundamental bir mənbə kimi formalaşmasına şərait yaratdığını vurğulayıb. Vüsal Qasımlı əlavə edib ki, layihənin beynəlxalq standartlara uyğunlaşdırılması və məzmununun zənginləşdirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri ilə əməkdaşlıq dərsliyin nümunəvi akademik resurslardan birinə çevrilməsinə mühüm töhfə verəcək.
FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev Azərbaycanda qida təhlükəsizliyi sahəsində institusional islahatların dərinləşdirilməsi, normativ bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. O, qida təhlükəsizliyinin elmi əsaslarla öyrənilməsi, idarə olunması və tədrisinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, həyata keçirilən layihənin ölkəmizdə qida təhlükəsizliyi sahəsində bilik əsaslı inkişaf modelinin gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bariz Mehdiyev “Qida təhlükəsizliyi” dərslik layihəsi ilə bağlı təlimin keçirilməsinə uğurlar arzulayıb, kitabın gələcəkdə təkmilləşdirilməsində birgə əməkdaşlığın davam edəcəyini qeyd edib.
Tədbir FAO-nun Beynəlxalq Ərzaq Təhlükəsizliyi eksperti Ganna Vasilenkonun Qida təhlükəsizliyi kitabı ilə bağlı təqdimatı ilə davam edib. Təqdimatda beynəlxalq təcrübə əsasənda hazırlanacaq dərslikdə hansı mövzuların əhatə olunması ilə bağlı məsələlər əks olunub, kitabın həmmüəllifləri ilə bu istiqamətdə müzakirələr aparılıb.
Layihənin hazırlanması prosesində Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Xəzər Universiteti, eləcə də "Veysəloğlu" və "Refresh Group" MMC-nin əməkdaşları daxil olmaqla geniş tərkibli müəllif heyəti iştirak edir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu