İİTKM-də “Etibarlı Tərəfdaş Konsepsiyası” üzrə indikativ planlaşdırma məsələləri müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Etibarlı Tərəfdaş Konsepsiyası”nın icrası çərçivəsində tədbirlərin monitorinqi, qiymətləndirilməsi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə əsas icraçı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Konsepsiya üzrə tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.
İİTKM-nin icraçı direktorunun müşaviri Təranə Salıfova çıxış edərək “Etibarlı Tərəfdaş Konsepsiyası”nın icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. O, Konsepsiya çərçivəsində nəzərdə tutulmuş tədbirlər üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb.
Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova tərəfindən indikativ planlama cədvəli təqdim olunaraq, qurumların məlumatları sistemə daxil etmə qaydaları, indikator cədvəllərinin formalaşdırılması və dövri hesabatlılıq mexanizmləri izah olunub, dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli 837 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, “Etibarlı Tərəfdaş Konsepsiyası” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir. Konsepsiya çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üzrə məlumatların vahid elektron platforma üzərindən toplanması, təhlili və hesabatlılığın təmin edilməsi planlaşdırılır.






Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu