İİTKM-də Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrasına dair müzakirə aparılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Yaradıcı və innovativ cəmiyyət” məqsədinin icrasına dair müzakirə aparılıb.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov və sədr müavini Rəşad Xalıqov, eləcə də İİTKM-in aidiyyəti sahə üzrə əməkdaşları iştirak ediblər.
İclasda innovasiya ekosisteminin klasterləşməsi və eksterritorial inkişafı, eləcə də universitet–sənaye–dövlət əməkdaşlığının gücləndirilməsi məsələləri geniş müzakirə olunub. Qeyd edilib ki, elmi tədqiqatların kommersiyalaşdırılması və sənaye ilə birgə layihələrin icrası innovasiya əsaslı iqtisadi artımın təmin edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın kibertəhlükəsizlik sahəsində strateji mövqeyi və rəqabət üstünlüyünün olması da bu inkişafı dəstəkləyən amillərdəndir.







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar