“Enterprise Azerbaijan” portalı Boğaziçi Universiteti ilə əməkdaşlığa başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Boğaziçi Universiteti arasında onlayn görüş keçirilib. Görüşdə İİTKM-in əməkdaşları İsa Qasımov, Aygün Əhmədova və Aydan Hüseynzadə, universitetin Texnoloji Transfer Ofisinin rəhbəri Volkan Özgüz iştirak ediblər.
İİTKM-in nümayəndələri qurumun fəaliyyəti və onun tabeliyində olan platformalar haqqında ətraflı məlumat veriblər. Görüş zamanı startap ekosisteminin inkişafı, innovasiya mühiti və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Müzakirə zamanı “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Tərəflər bu proqram vasitəsilə startapların qarşılıqlı inteqrasiyası, təlim və mentorluq xidmətlərinin təşkili istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.
Görüşdə texnoloji bilik və bacarıqların mübadiləsi, innovasiya təşəbbüslərinin birgə reallaşdırılması və startapların qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətləri üzrə əməkdaşlığa qarşılıqlı maraq və razılıq ifadə olunub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır