İqtisadiyyatın strateji yol xəritəsi Xaçmazda müzakirə olundu
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin ictimai müzakirələri davam edir. Bu silsilədən növbəti tədbir 18 iyun 2016-cı il tarixdə Xaçmaz şəhərində Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarının nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və ADA Universitetinin prorektoru Emin Hüseynov məruzə ilə çıxış ediblər. İctimaiyyət nümayəndələri müzakirələrdə fəal iştirak edərək aqrar sektor, ərzaq sənayesi, turizm, ictimai iaşə və kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı təkliflərini veriblər. Qeyd edilib ki, bütün təkliflər sistemləşdiriləcək və müvafiq qaydada təhlil olunaraq nəzərə alınacaqdır.
Görüşdə əminliklə bildirilib ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədi həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış mütəxəssislər, qərar qəbul edən şəxslər və ictimaiyyətin bütün təbəqələri ilə müzakirə olunduğuna görə təkmil bir sənəd olacaqdır.
Tədbiri Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə təşkil edib.






Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu