“StartUp School 2” layihəsinin “Pre – Hackathon” mərhələsi keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Pre-Hackathon” mərhələsi uğurla yekunlaşıb. Onlayn görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva hakaton yarışının keçirilmə məqsədi və şərtləri barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra süni intellekt üzrə mütəxəssis Leyla Cahangirova startaplara tapşırıqlar verib. Təqdim olunanan tapşırıqların məqsədi iştirakçıları texnoloji yeniliklərlə tanış etmək və süni intellektin ekoloji sahələrdə, xüsusilə bərpa olunan enerji və yaşıl texnologiyalar sahəsində effektiv tətbiq oluna biləcəyini nümayiş etdirmək olub.
Tədbirdə Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov öz fikirlərini bildirib.
Sonda Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin baş elmi işçisi Nicat Mehdiyev startaplar üçün önəmli məsələləri bir daha vurğulayıb və iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, startaplara təqdim olunan tapşırıqların nəticəsi dekabr ayının 6-da hakaton yarışında açıqlanacaq.
Tədbir startap ekosisteminin inkişafına dəstək vermək və yeni texnoloji həllər təqdim etmək məqsədilə keçirilən mühüm bir addım olub.






Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu