Azexport “GLOBALG.A.P”, “HACCP”, “Organic” və “Vegan” sertifikatlarının tələblərinə dair təlimlər təşkil edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı və “MeetUp Networking Club” ilə Latviyanın “STC” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən Latviyanın “STC” şirkəti Azərbaycan şirkətlərinə beynəlxalq sertifikatların alınması üzrə təlim və seminarlar təşkil edəcək.
“Azexport.az” portalının rəhbəri A.Qədəşov bildirib ki, “Hazırda Azərbaycanda yetişdirilən, həmçinin dərin emal nəticəsində ərsəyə gətirilən aqrar sənaye məhsulları Avropa, Amerika və Çin bazarında marağa səbəb olub. Portala bu regionlardan Azərbaycan məhsulları üzrə sorğular tez-tez daxil olur. Bu tələb son zamanlar ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən sonra daha da artıb. Daxil olan ixrac sorğularının icrası ilə bağlı olaraq yerli sahibkarlarla yaxından əməkdaşlıq edirik. Hazırda başlıca məqam bu ölkələrə ixrac zamanı tələb olunan norma və standartların təmin olunmasıdır. Bu məqsədlə “STC” şirkətinin və “Meetup” klubun dəstəyi biz yerli sahibkarlara bu istiqamətdə uğurlu təlim və seminarlar təşkil edəcəyik."







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir