Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Enterprise Azerbaijan” portalının Macarıstanın “Mathias Corvinus Collegium” Universiteti ilə əməkdaşlığı çərçivəsində “Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross- Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) mövzusunda görüş keçirilib.
İİTKM-in icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı macar qonaqları qəbul edərkən Azərbaycan-Macarıstan münasibətləri, iqtisadi-ticari əlaqələr, Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət kimi iştirakının əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib və qonaqların suallarını cavablandırıb.
“Mathias Corvinus Collegium” Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin tədqiqatçısı Klementina Kozma, Beynəlxalq İqtisadiyyat Mərkəzinin koordinatoru Monika Kuznetsova və onlarla birgə Azərbaycana səfər edən 8 tələbə ölkəmizdə innovasiya və sahibkarlıq sahəsində yeniliklərə maraq göstərdiklərini ifadə ediblər.
"Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva bildirib ki, macar münayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlərdə innovasiya siyasəti, vençur kapitalları və sahibkarlığın inkişaf etdirilməsi yolları müzakirə olunacaq.
Görüş zamanı İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionun mövcud investisiya mühiti, investorların cəlb edilməsi üçün çoxşaxəli dövlət dəstəyi və investisiya üçün potensial sahələr haqqında çıxış edib.
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Gültac Əhmədzadə - Tapdıqzadə isə "Ortamüddətli xərclər çərçivəsi: Layihə İdarəetməsinə əsaslanan Proqram İdarəetməsi" (Azərbaycanın dataəsaslı idarəetməsi) haqqında məlumat verib.
Görüşün məqsədi xarici alimlərin, təcrübəli mütəxəssis və sahibkarların, eyni zamanda startapçı tələbələrin cəlb olunması ilə ölkəmizdə innovasiya siyasətinin gücləndirilməsində beynəlxalq əməkdaşlığın rolunun artırılmasıdır.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu