İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov “Fresh Oil”, “Caiykhor” və “Mr. Bee” şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə şirkətlərin məhsullarının “Amazon” və “Ebay” platformaları üzərindən ABŞ bazarına çıxarılması istiqamətində görüləcək işlər müzakirə olunub. Bununla yanaşı, görüş ərzində beynəlxalq e-ticarət platformalarında bənzər məhsullara dair nümunələrə baxış keçirilib, lazımi qeydlər götürülüb.
Qeyd edək ki, tədbirdə USAID-ın nümayəndələri də iştirak ediblər. Təşkilat nümayəndələri tərəfindən məhsulların ABŞ bazarına ixracı üçün tələb olunan sertifikatlaşdırma və digər zəruri addımlar barədə qarşılıqlı müzakirə aparılıb.