Ayxan Qədəşov

Ayxan Qədəşov

"Azexport.az" portalının rəhbəri

(+99412) 521 25 35


31 dekabr 1990-cı ildə Azərbaycan Respublikası Quba şəhərində anadan olub.

Təhsili

2011-2016-cı illərdə Odessa Milli Rabitə Akademiyası - İqtisad Universitetində müəssisə iqtisadiyyatının idarə olunması ixtisası üzrə bakalvr təhsili alıb.

2018-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluğunun təşkili və idarə olunması ixtisası üzrə magistr təhsili alıb və bu ixtisası fərqlənmə diplomu ilə bitirib.

2020-ci ildən Azərbaycan Respublikasının Aqrar Tədqiqatlar Mərkəzinin Aqrar məhsulların ixrac mexanizminin rəqəmsal transformasiya əsasında təkmilləşdirilməsi istiqamətləri ixtisası üzrə doktarantura təhsil alır.

Pedaqoji fəaliyyəti

2022-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında dərs deyir.

Əmək fəaliyyəti

2017-2020-ci illərdə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport.az" internet portalının meneceri vəzifəsində çalışıb.

2020-ci ildən "Azexport.az" internet portalının rəhbəri olaraq fəaliyyətini davam etdirir.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir, bir övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R