Türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafına dair daha bir addım atıldı
Türk Dövlətləri Təşkilatı (TDT) hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq olunub. Bu, türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində daha bir önəmli addım hesab olunur və bu addım sayəsində TDT hökumətləri arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatlar elektron şəkildə mübadilə ediləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcı söyləyib.
O, sazişlərin təsdiqlənməsini şərh edərək bildirib ki, gömrük dəhlizinin reallaşdırılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də praktiki əhəmiyyətini artırır. Regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində, 2020-2021-ci illərdə Orta Dəhliz üzrə yük daşımaları 350 min tondan 530 min tona qədər artıb. Gömrük dəhlizinin yaradılması isə TDT ölkələri arasında sürətli yük daşımalarına, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma gətirib çıxaracaq.
Türk Dünyası Araşdırmaları Mərkəzinin təmsilçisi, həmçinin TDT hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının icra edilməsini regionda nəqliyyat əməliyyatlarını asanlaşdırmaq üçün mühüm addım hesab edir: “TDT ölkələri arasında yük daşımaları prosedurlarının asanlaşdırılması ilə yanaşı, Orta Dəhliz boyunca əməkdaşlığın inkişafına, nəqliyyat, sərhəd və gömrük prosedurlarının rəqəmsallaşdırılmasına səbəb olacaq. Bu da öz növbəsində TDT ölkələri arasında, həmçinin marşrut boyunca tranzit potensialının artmasına və bu prosesdə iştirak edəcək ölkələrin regional və beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya etməsinə töhfə verəcək”.
A.Satıcının fikrincə, Azərbaycanın bu proseslərdə aktiv şəkildə iştirak etməsini yalnız qəbul edilən qanun layihələri ilə deyil, Zəngəzur Dəhlizi boyunca sürətlə aparılan işlərlə də müşahidə etmək mümkündür. Çünki Zəngəzur Dəhlizi də Orta Dəhliz üzrə Cənubi Qafqazdan keçən marşrutun diversifikasiyasına və türk dövlətləri arasında coğrafi baxımdan bağlantısına xidmət edir.
O əlavə edib ki, TDT ölkələri arasında Telekommunikasiya İnfrastruktur İndeksi (Tİİ) və İnsan Kapitalı İndeksi (HCİ) üzrə göstəricilər kifayət qədər yüksəkdir. Bu kimi sahələrdə yüksək göstəricilərə malik ölkələrdə elektron məlumat mübadiləsi, gömrük prosedurlarının asanlaşdırılması, elektron ticarət qovşaqlarının yaradılması, xidmət və investisiya sektorları üzrə azad ticarət razılaşmalarının əldə edilməsi və ümumilikdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi daha məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, ötən ilin noyabr ayında Səmərqənddə imzalanmış sənədin implementasiyası yaxın gələcəkdə türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafını daha da sürətləndirəcək. Nəzərə almaq lazımdır ki, 4,8 milyon kvadrat kilometr əraziyə, 170 milyon nəfərdən çox əhaliyə, 1,4 trilyon ABŞ dolları ÜDM-ə və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri bu gün Avrasiyada geoiqtisadi cəhətdən lokomotiv roluna sahib ola biləcək potensialdadır.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu