“Startup School” fəaliyyətə başlayır
Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School”un rəsmi açılışı aprel ayının 3-də keçiriləcək.
Açılışda “StartUp School”un bütün mentorları, tərəfdaşlar və rəsmi qonaqlar iştirak edəcək.
Qeydiyyat müddətində, müxtəlif ölkələrdən müraciət edən 200 layihə arasından ekspertlər tərəfindən seçilən layihə “StartUp School”da aprel ayı boyunca treninqlərə qoşulacaq.
Treninqlərin sonunda ekspertlər tərəfindən seçilən 9 layihə (komanda) SABAH.Labın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq.
Mükafatlandırma mərasimdə xüsusi ekspertlər tərəfindən layihələr arasından ilk 3 yerin qalibi müəyyənləşdiriləcək.
Qalib layihələrə:
- I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı
- II və III yerlərin qaliblərinə Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək
- II və III yerlərin qaliblərinə “SABAH.lab”-ın akselerasiya proqramında iştirak imkanı
- Seçiləcək layihələrin “Startap Şəhadətnaməsi” üçün müraciətinə KOBİA tərəfindən sürətləndirilmiş dəstəyin göstərilməsi
- “Fintech” nominasiyasında seçilən komandaya PASHA Bank-da təcrübə keçmək imkanı veriləcəkdir.
Nəzərinizə çatdıraq ki, “StartUp School” layihəsinə qoşulmaq üçün müraciət edən amma seçilməyən layihələrə Enterprise Azerbaijan İnkubasiya Mərkəzində və tərəfdaş qurumların inkubasiya və akselerasiya mərkəzlərinə rezidentlik təklif olunacaq. Onların startaplarına biznes planının inkişafı, bazar araşdırması və əməliyyatların idarə edilməsinə dəstək göstərləcək, yerli və xarici bazarlara asan çıxış təmin olunacaq.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin opratoru olduğu www.enterpriseazerbaijan.gov.az portalı Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılıb.
LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!









Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir