
Qeyri-neft ixracı ilə bağlı rüblük nəticələr açıqlanıb
2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 23,2% artaraq 912,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə bildirir ki, Azərbaycanda ilk dəfədir ilin ilk rübündə 1 milyard ABŞ dollarına yaxın ixrac həyata keçirilir. Ötən illərdən fərqli olaraq, qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsi elektrik enerjisi olub: “2023-cü ilin ilk üç ayı ərzində elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 mln. kVt·st, yəni 7,7 % artaraq 7 756,2 mln. kVt·st olub. 2023-cü ilin ilk rübündə Azərbaycanın elektrik enerji istehsalının 16,6%-i ixraca yönəlmişdir. Belə ki, cari ilin birinci rübü ərzində elektrik enerjisi ixracı 6,1 dəfə və ya 234,7 milyon artararaq 281,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin qeyri-neft ixracının strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri 121,6 milyon ABŞ dolları dəyərində olmuşdur. Nəticə etibarı ilə, 2023-cü ilin elektrik enerjisi ixracı 2022-ci ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur. Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7%, ixracı isə 22 dəfə artıb”.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə qeyd edir ki, elektrik enerjisi ixracının əhəmiyyətli səviyyədə artımı Türkiyə Cümhuriyyətinə həyata keçirilən ixracın sürətli artımı ilə əlaqədardır. 2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7% artaraq 273,9 milyon ABŞ dolları təşkil etmişdir. Yalnız fevral ayında isə qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədardır.
N.Hacızadənin təqdim etdiyi statistik məlumatlara əsasən 2023-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsullarının ixracı 5,7% artaraq 169,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici qeyri-neft ixracının 18,6%-ni təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır. 2023-cü ilin 3 ayı ərzində aqrar və aqrar-sənaye məhsullarının ixracı 3,4% artaraq 178,9 milyon ABŞ dolları təşkil edib. Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar-sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və ya 56,3% artıb. Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb.
Ekspert yazıları
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoyur
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e
Türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafına dair daha bir addım atıldı
Aqil Əsədov
İİTKM-in şöbə müdiri
Azərbaycanda yaxın gələcəkdə xidmət sahələrinin payı daha da artacaq
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Xarici ticarətin liberallaşdırılması üçün vacib islahat tədbirləri görülüb
Ramil Hüseyn
İİTKM-in icraçı direktorunun müavini
Böyük Qayıdış proqramının həyata keçirilməsi ölkənin daha sürətli inkişafına təkan verəcək
Günay Quliyeva
İİTKM-in şöbə müdirinin müavini
Ötən il də sosial müdafiəni gücləndirmək hökumətin prioriteti olub
Günay Quliyeva
İİTKM-in şöbə müdirinin müavini
Əcnəbi investorlar Azərbaycanda hansı qeyri-neft sektoruna maraq göstərirlər?