Prezident İlham Əliyev Azexport.az portalı ilə bağlı sahibkarlara müraciət edib

Prezident İlham Əliyev Azexport.az portalı ilə bağlı sahibkarlara müraciət edib

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına  həsr olunan konfransında bir sıra mühüm məsələlərlə yanaşı, Azexport.az portalı barədə danışıb.

“Mən ixracla bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu yaxınlarda azexport portalı yaradıldı. Orada Azərbaycanda istehsal olunan ixracyönümlü bütün məhsullar qeyd edilir. Bütün istehsalçılar, - mən onlara da müraciət edirəm, - qoy öz məhsullarını həmin o portala daxil etsinlər, həm ictimaiyyət bunu görsün, həm də ki, bu, onların da xeyrinədir. Çünki onların ixrac potensialı artacaq.»

Prezident İlham Əliyev əlavə edib ki, bütün bu işləri görərkən, bir neçə məqsəd güdülür. Bunlar ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaqdır.