“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun ilk iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn formatda ilk iclası keçirilib.
Iclasda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin edilməsi Dövlət Proqramının məqsədi olaraq müəyyən edilib.
11 Prioritet üzrə 81 tədbirdən ibarət olan Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin daha effektiv və keyfiyyətli icrasına özəl sektorun inkişafı kontekstindən töhfə verilməsi məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında xüsusi Əlaqələndirmə Qrupu yaradılıb.
İclasda bildirilmişdir ki, hazırda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində sosial-iqtisadi sahələr üzrə 25 işçi qrupu, 4 alt-qrup və Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupu fəaliyyət göstərir. Qeyd olunan qruplarda ümumilikdə 600-dən çox üzv, o cümlədən özəl sektor, biznes assosiasiyası, qeyri-hökumət təşkilatı və akademik müəssisələrin nümayəndələri fəaliyyət göstərir.
Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planının prioritet istiqamətlərinə uyğun olaraq icraçı qurumlar tərəfindən təqdim olunan təkliflərin və ya yeni layihələrin Komissiyanın aidiyyəti işçi qruplarının iclaslarında da müzakirəyə çıxarılması və özəl sektor, konsaltinq şirkətləri və biznes assosiasiyalarının təmsilçiləri tərəfindən Komissiyanın rəqəmsal platformaları vasitəsilə həmin təkliflərə və layihələrə praktik təcrübə və özəl sektorun inkişafı kontekstindən dəstəkləyici tövsiyələrin təqdim olunması Tədbirlər Planının daha effektiv və keyfiyyətli icrasına müsbət töhfə verə bilər.
Qeyd olunanlardan irəli gələrək iclasda Dövlət Proqramının Prioritet istiqamətlərinə uyğun olaraq təşəbbüs olunan yeni layihələrin və təkliflərin Komissiyanın aidiyyəti işçi qruplarının iclaslarında müzakirəyə çıxarılması və özəl sektor tərəfindən həmin layihələrə dəstəkləyici tövsiyələrin təqdim olunması mexanizminin hazırlanması, eləcə də əlaqələndirmə qrupunun fəaliyyəti üzrə 2024-cü il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Sözügedən Tədbirlər Planının əsas icraçı qurumlarının nümayəndələri tərəfindən müvafiq layihələr üzrə görülmüş işlər və cari il üçün qarşıya qoyulan məqsədlər barəsində məlumat verilib.
Dövlət qurumlarının nümayəndələrinin qarşılıqlı müzakirələri formatında keçən iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Energetika Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edilib.
Sonda əlaqələndirmə qrupunun fəaliyyəti üzrə 2024-cü il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması üçün konkret istiqamətlər müəyyənləşdirildi və Dövlət Proqramı çərçivəsində müvafiq yeni qanunverilicik və təşəbbüs layihələrinin Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının rəqəmsal idarəetmə platforması vasitəsilə digər işçi qruplarında özəl sektorun iştirakı ilə müzakirəyə çıxarılması ilə bağlı mexanizmin ilkin layihəsinin hazırlanması və münasibət bildirilməsi üçün əlaqələndirmə qrupunun üzvlərinə göndərilməsi barədə qərar qəbul edilib.
Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycanın qeyri-neft ixracı yeni dövrə qədəm qoyur
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub