Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı yaradılıb
Prezident İlham Əliyev Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncam imzalayıb. Həmin parkda həyata keçirilən tədqiqatların nəticələrinin istehsal və xidmət sahələrində tətbiqi üçün lazım olan infrastruktur və maddi-texniki baza da yaradılacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn hesab edir ki, yeni yaradılan yüksək texnologiyalar parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılmasına töhfə verəcək. Bu sahədə səlahiyyətli orqan olan AMEA parkın ərazisində sahibkarlıq fəaliyyətinin səmərəliliyini təmin etmək üçün digər xidmətlərin göstərilməsini də təmin edəcək.
Ramil Hüseyn qeyd edib ki, “YT Park”ın fəaliyyətinin təşkil və idarə edilməsi, Sərəncamda yaradılması nəzərdə tutulan “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə həvalə olunacaq. Bu qurumun Müşahidə Şurasının seçilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, strukturunun, işçilərin sayının, əməkhaqqı sisteminin və xərclər smetasının müəyyən olunması və təsdiqi AMEA tərəfindən həyata keçiriləcək. Bundan başqa, AMEA Cəmiyyətin rəhbərlərini vəzifəyə təyin və azad etmə, mənfəət və zərərin bölüşdürülməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq olan əqdlərin bağlanması haqda qərar qəbul etmə səlahiyyətlərinə də malikdir.
Sərəncamla “YT Park”ın fəaliyyət göstərəcəyi ərazi, AMEA-nın Bakı şəhərinin Xətai rayonunda yerləşən Təcrübə-Sənaye Zavodunun torpaq sahəsi müəyyən edilib.
Ekspert xüsusi ilə vurğulamışdır ki, sənəddə ən mühüm məsələlərdən biri də “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinın nəzərdə tutulmasıdır.
Ramil Hüseynin qənaətincə, sərəncamda əksini tapan tədbirlərin həyata keçirilməsi AMEA-nın elmi-tədqiqat işlərinin innovativ məhsullara çevrilməsi və kommersiyalaşdırılması sahəsində müstəsna əhəmiyyətə malikdir. Türkiyə, İtaliya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrdə uğurla fəaliyyət göstərən texnoparkların analoqu ölkəmizdə də olacaq. Eyni zamanda AMEA-nın büdcə xərclərinin azaldılmasında əhəmiyyətli dərəcədə müsbət dönüş yaradacaq. Belə ki, texnopark statusunun doğurduğu fiskal güzəştlər məhsullarımızın rəqabət üstünlüyünü daha da artıraraq, sadəcə idxal əvəzedici deyil, həm də ixrac potensialı yüksək olan məhsullara çevrilməsinə gətirib çıxaracaqdır. Ümumilikdə isə bu tədbirlər ölkədə elmin inkişafına təkan verəcək, elm adamlarının innovativ ideya və biliklərinin yüksək qiymətləndirilməsinə, onların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək, bu sahəyə gənc alimlərin marağını artıracaq.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise