Maliyyə xidmətləri üzrə İşçi qrupun toplantısı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin müzakirələri çərçivəsində "Maliyyə xidmətləri sektoru" üzrə Alt İşçi qrupunun toplantısı keçirilmişdir. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, kommersiya bankları, beynəlxalq maliyyə təşkilatları, maliyyə assosiasiyaları və akademik dairələrin nümayəndələri tərəfindən müzakirələr aparılmışdır.
Azərbaycanda maliyyə xidmətləri sektorunda müşahidə edilən güclü və zəif tərəflərlə yanaşı maliyyə sisteminin inkişafı üçün imkanlar və sistemdə mövcud olan risklər müzakirə olunmuşdur. Maliyyə xidmətləri sektorunun inkişafına dair strategiyaya dörd inkişaf istiqaməti prizmasından baxılmışdır. Belə ki, vasitəçilik funksiyalarının effektivliyin artırılması, maliyyə infrastrukturunun təkmilləşdirilməsi, hüquqi bazaların yaradılması və təkmilləşdirilməsi, maliyyə, insan və texnologiya resurslarının səmərəli istifadəsi müzakirədə yer almışdır. Müzakirələr nəticəsində maliyyə tənzimlənməsinin gücləndirilməsi, kredit təşkilatları üçün daxili reytinq sisteminin yaradılması və konsolidasiya proseslərinin sürətləndirilməsi kimi təkliflər müəyyən edilmişdir. İşçi toplantının nəticəsində əldə olunan təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin hazırlanması üçün təklif edilmişdir.
Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib