İxrac-idxal əməliyyatlarının asanlaşdırılması prosesi davam edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Nicat Hacızadə Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli ”Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən dəyişiklikləri şərh edib. “Nazirlər Kabinetinin son qərarına əsasən, ixrac-idxal əməliyyatlarında sərhəd keçid məntəqələrində tələb olunan sənədlərin sayı azaldılıb. Belə ki, son dəyişlikliyə qədər ixrac missiyasını həyata keçirən sahibkarlardan fitosanitar, keyfiyyət, mənşə və idxal missiyasını həyata keçirən sahibkarlardan isə uyğunluq və mənşə sertifikatı tələb olunduğu halda, artıq sözügedən sənədlər qaydalardan çıxarılib. Qeyd olunan qərar, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrasını təmin etmək məqsədilə həyata keçirilib.
Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatlarında tələb olunan sənədlərlə əlaqədar dəyişikliyi qabaqcıl iqtisadiyyata malik ölkələrin təcrübəsinə əsaslandığını bildirən Mərkəzin analitiki deyib ki, bütün bunlar sahibkarların ixrac-idxal missiyalarını daha asan həyata keçirə bilməsi üçün növbəti islahat tədbirlərinin bir hissəsidir. “Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində son illər sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə yerinə yetirmələri üçün bir sıra tədbirlər həyata keçirilib. İxrac-idxal əməliyyatlarında sənədlərin azaldılması sahibkarların öz risklərini tənzimləmələrinə imkan verəcəkdir. Belə ki, ixracatçı subyektlərdən sərhəd keçid məntəqələrində bitki və bitkiçilik məhsulları üçün tələb olunan fitosanitar sertifikat, yeyinti məhsulları üzrə Avropa İttifaqı ölkələrinə ixrac üçün tələb olunan keyfiyyət sertifikatı sərhəd keçid məntəqələrində artıq tələb olunmayacaq. Habelə, idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə uyğunluq sertifikatı tələb olunmayacaq. Sahibkarlar ixrac üçün nəzərdə tutulan ölkənin tələblərinə uyğun olaraq, həmin sənədləri könüllü şəkildə ala bilər. Bundan əlavə, sözü gedən qaydaya müvafiq olaraq, ixrac və idxal əməliyyatlarında mənşə “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydalarının” 10.1-ci bəndində göstərilən hallarda tələb ediləcəkdir. Nazirlər Kabinetinin qaydalarına edilən dəyişikliyin ölkənin beynəlxalq reytinqlərdə mövqeyinə də təsir göstərəcəyini vurğulayan Nicat Hacızadə tələb olunan sənədlərin azalması nəticəsində ölkənin mövqeyinin yüksələyəcəyini vurğulayıb. “Bildiyiniz kimi, beynəlxalq reytinqlərdə gömrük fəaliyyətini tənzimləyən müxtəlif indikatorlar var ki, onlardan biri də “Sərhəddə ticarət” göstəricisidir. Sözügedən indikatorda ixrac və idxal əməliyyatlarında tələb olunan sənədlərin azaldılması Azərbaycanın mövqeyini bir qədərdə yüksəldəcəkdir. Nəzərə almaq lazımdır ki, sərhəddə ticarət göstəricisi xarici investorların xüsusi diqqət mərkəzində olduğundan, ölkəyə xarici investisiya axınını artırması gözləniləndir.
Rəqəmsal Ticarət Qovşağının fəaliyyətinə toxunan Nicat Hacızadə bildirib ki, Azərbaycanda istehsal olunan məhsullar üzrə tələb olunan sənədlər vahid pəncərə altında elektron qaydada veriləcək. “Azərbaycan Respublikası Prezidentinin Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 22 fevral 2017-ci il Fərmanına əsasən, Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələr vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcəkdir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf