“İxrac icmalı”nın sentyabr sayı təqdim olunub
“İxrac icmalı”nın sentyabr sayına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk səkkiz ayı ilə müqayisədə 19% artıb.
2022-ci ilin yanvar - avqust ayları ərzində kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-i təşkil edib. 2022-ci ilin müvafiq dövrü ərzində meyvə və qoz-fındığın ixracı 25,1% artaraq 227,7 milyon ABŞ dolları, tərəvəz ixracı isə 180,5 milyon ABŞ dolları təşkil edib. Aqrar məhsullar strukturunda 3,4%-lik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. Aqrar-sənaye məhsullarının strukturunda 8,6%-lik paya malik çay ixracı 53,9% artaraq 8,5 milyon ABŞ dolları təşkil edib. Habelə, sözügedən sənaye məhsullarının hərəkətverici qüvvəsi hesab edilən bitki və heyvan mənşəli piylər və yağlar 8,4% artaraq 20,9 milyon ABŞ dolları səviyyəsinə çatıb.
2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (142,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (134,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 527,6 milyon ABŞ dolları, Türkiyəyə 491,1 milyon ABŞ dolları, Gürcüstana 126,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 117,7 milyon ABŞ dolları və ABŞ-a isə 60,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin avqust ayı üzrə ixrac 3,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 204 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac 21,5% artaraq 46,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 157,4 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (65,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (28,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,3 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (20,3 milyon ABŞ dolları) birinci, qızıl (16,1 milyon ABŞ dolları) ikinci və şaftalı (12,3 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-avqust aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2022-ci ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Alüminium” MMC, “Baku Steel Company” MMC, “P-Aqro” MMC, “Almeyvə” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Rose Servis” MMC, “Şimal AqroPark” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2022-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən dünyanın 36 ölkəsinə 17,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib. 2022-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon ABŞ dolları ilə Fransa, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 1,6 milyon ABŞ dolları ilə BƏƏ və 956,7 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
2022-ci ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 214,6 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,5 milyard manatlıq əməliyyat aparıblar.
2022-ci ilin yanvar-avqust aylarında Azexport.az portalına 321,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin avqust ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 32,8 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin avqust ayında Azexport.az portalına edilən ixrac sifarişləri sırasında alma, xurma, pambıq yağı, fındıq ləpəsi, günəbaxan yağı, un, qarğıdalı yağı, tütün, tibbi tənzif, fındıq qabığı və s. məhsullar üstünlük təşkil edib. 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 avqust tarixinə kimi (68 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,12 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,7 milyon ABŞ dolları olub.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise