“İxrac icmalı”nın iyul sayı dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4%, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5 min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7% artıb.
Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21.9% artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci, pambıq (98,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (35.2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (22.7 milyon ABŞ dolları) ikinci, təzə albalı və gilas (18,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk altı ayında Rusiya Federasiyasına 586 milyon ABŞ dolları, Türkiyəyə 287,2 milyon ABŞ dolları, Gürcüstana 154,8 milyon ABŞ dolları, İsveçrəyə 151,5 milyon ABŞ dolları, Ukraynaya isə 95.8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin iyun ayında Rusiya Federasiyasına 143,1 milyon ABŞ dolları, Türkiyəyə 35.9 milyon ABŞ dolları, Gürcüstana 29,3 milyon ABŞ dolları, İsveçrəyə 23.6 milyon ABŞ dolları, Ukraynaya isə 19,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2025-ci ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti,"UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALĞIC" MMC, "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 34 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,8 milyon ABŞ dolları ilə Lüksemburq, 436 min ABŞ dolları ilə Nigeriya, 385,1 min ABŞ dolları ilə Türkiyə, 357,9 min ABŞ dolları ilə Misir qərarlaşıb.









Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu