“İxrac İcmalı”nın dekabr sayı təqdim olunub
“İxrac icmalı”nın dekabr sayına əsasən, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. ABŞ dolları və ya 44% artıb. 2021-ci ilin 11 ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min ABŞ dolları artaraq 549,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, pambıq lifi 70,2%, alüminium və ondan hazırlanan məmulatlar 69,3%, şəkərdə isə 29,8% artım qeydə alınıb.
2021-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (187,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (184,7 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (140,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 763,8 milyon ABŞ dolları, Türkiyəyə 586,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 204,5 milyon ABŞ dolları, Gürcüstana 143,4 milyon ABŞ dolları və Braziliyaya 70,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 58,7% təşkil etməklə 307,2 mln ABŞ dolları olub. 2021-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6% artaraq 98,9 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (98,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (77,7 milyon ABŞ dolları) və Braziliya üçüncü (23,1 milyon ABŞ dolları) olub.
2021-ci ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (37 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (27 milyon ABŞ dolları) ikinci və karbamid (23,6 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2021-ci ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” MMC, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “P-Aqro” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Çinar Aqro” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ.
2021-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 42,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə 3,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 10,4 milyon ABŞ dolları ilə ABŞ, 10 milyon ABŞ dolları ilə Fransa, 8,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6,9 milyon ABŞ dolları ilə Malayziya və 1,7 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.
2021-ci il noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 151,1 milyon manat təşkil edib. 2021-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,1 milyard manatlıq əməliyyat aparıblar.
2021-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına 435,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin noyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 36,6 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin noyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, tibbi zəli, tənzif, nar şirəsi, tütün, fındıq ləpəsi, xurma, mühərik yağı, meyvə şirəsi və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 noyabr tarixinə kimi (59 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,66 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin dekabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,4 milyon ABŞ dolları olub. 2021-ci il üzrə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə ixrac edilən mal və məhsulların dəyəri 235,1 milyon ABŞ dolları, 2017-ci ildən 2022-ci ilin yanvar ayına qədər isə Mərkəz vasitəsi ilə ixrac edilən mal və məhsulların dəyəri 708,4 milyon ABŞ dolları təşkil edib.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise