İİTKM mütəxəssisi BMT-nin tədbirində iştirak edib

İİTKM mütəxəssisi BMT-nin tədbirində iştirak edib

Türkiyənin İstanbul şəhərində “Modelləşmə Alətləri və Dayanıqlı İnkişaf Hədəfləri” mövzusunda seminar keçirilib. Birləşmiş Millətlər Təşkilatının Regional Nümayəndəliyi tərəfindən təşkil edilən seminarda Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi Ayaz Çaparlı təmsil edir. Qazaxıstan, Özbəkistan, Ukrayna, Monteneqro, Türkiyədən nümayəndələrin təmsil olunduğu tədbirdə davamli inkişaf, ölkədə ərzaq, enerji və su modulu, davamli enerji modulu, sosial inteqrasiya modulu  və digər məsələlər müzakirə olunur.

Qeyd edək ki, ötən il Birləşmiş Millətlər Təşkilatına 193 Üzv Ölkə Nyu York şəhərində Dayanıqlı İnkişaf Sammitində Dayanıqlı İnkişaf üzrə Yeni Gündəliyə dair Razılıq əldə ediblər.

Yeni gündəlik 2030-cu ilədək yoxsulluğa son qoyaraq, qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını təşviq edəcək.