İİTKM-in şöbə rəhbəri TDT-nin Baş katibi ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri səlahiyyətlərini icra edən Ayhan Satıcı İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevlə görüşüb.
Görüşdə Ayhan Satıcı türk dünyasına inteqrasiya ilə bağlı Mərkəz tərəfindən görülən işlər barədə məlumat verib. O bildirib ki, artıq bir neçə aydır “Türk iqtisadi icmalı” Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə paylanmaqla - 8 dildə nəşr olunur. Bundan başqa iki hissədən ibarət “Türk dövlətləri iqtisadiyyatı: Çağırışlar, uğurlar və imkanlar” kitabı hazırlanır.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev isə Azərbaycanla potensial əməkdaşlıq imkanlarından məmnunluğunu ifadə edib. O əlavə edib ki, Azərbaycanın həm siyasi, həm də iqtisadi gücünün artması türk dövlətlərinin inkişafına təkan verir.
Qeyd edək ki, Ayhan Satıcının Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi ilə görüşü İstanbulda Türk Dövlətləri Təşkilatının toplantısı çərçivəsində baş tutub









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib