İİTKM-də Sahibkarlar Klubu ilə görüş keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) innovativ layihələrinin təmsilçiləri və Azərbaycan Beynəlxalq Bankının (ABB) Sahibkarlar Klubu nümayəndələri arasında görüş keçirilib.
Görüşdə İİTKM-nin innovativ layihələri olan “Azexport.az”, “Rəqəmsal Ticarət Qovşağı”, “Bir Pəncərə İxraca Dəstək Mərkəzi”, “EnterpriseAzerbaijan” portallarının rəhbərləri və Sahibkarlar Klubunun təmsilçiləri arasında mövcud vəziyyət və potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların başlıca məqsədlərindən biri də ölkədə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılmasıdır. Bu məqsədlə bir çox layihələr həyata keçirilir, yeni dövlət proqramları qəbul olunur. Bu istiqamətdə ABB ilə İİTKM arasında da uğurlu əməkdaşlıq təcrübəsi var.
Tədbirdə çıxış edən nümayəndələr faktorinq, akkreditiv, ixrac krediti kimi müxtəlif maliyyə alətlərindən faydalanma imkanları, həmçinin, kiçik və orta sahibkarlıq subyektlərinin yeni ixrac bazarlarına çıxışının dəstəklənməsi məqsədilə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıqlar apararaq konkret təkliflər irəli sürüblər.
Qeyd edək ki, ABB-nin yaratdığı Sahibkarlar Klubunun 500-dən çox üzvü var.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib