II Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı ilə 10-12 iyun tarixlərində Bakıda keçirilən “II Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi” uğurla başa çatıb.
Tədbirin açılışında Azərbaycandan və digər Türk dövlətlərindən olan dövlət və hökumət nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların üzvləri və sahibkarlar iştirak ediblər. Forumun əhəmiyyəti barədə çıxış edənlər bu platformanın Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, sərmayələrin təşviqi və birgə təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm rol oynadığını vurğulayıblar.
Sərgi çərçivəsində 10-dan artıq ölkədən 100-ə yaxın şirkətin məhsul və xidməti, ticarət, yaşıl enerji, rəqəmsal texnologiyalar, turizm, kənd təsərrüfatı sektorlarını təmsil edən müxtəlif sahələr üzrə stendlər nümayiş olunub. İİTKM və “Azexport.az” portalı sərgidə xüsusi stendlə təmsil olunub. Ziyarətçilər burada portalın təqdim etdiyi yeniliklər, sahibkarlara göstərilən dəstək, həmçinin ixracatçılara verilən Sərbəst satış sertifikatı barədə məlumat əldə ediblər. Sərgidə “Azexport.az” portalının rəqəmsal sərgi və konfrans məkanı xüsusi marağa səbəb olub. Rəqəmsal sərgi zalında Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən olan 100 şirkətin rəqəmsal stendlərinin və məhsul nümayişinin yaradılması istiqamətində müzakirələr aparılıb.
Tədbir çərçivəsində Türk dövlətləri iqtisadiyyatı, kənd təsərrüfatı, elektron ticarət, startaplar və investisiya, kommersiya mübahisələrinin həlli: arbitraj və mediasiya, akademik əməkdaşlıq və yeni tədqiqatlar, Türk dünyasının sahibkar qadınları toplantısı, medianın Türk dünyasında rolu mövzularında ona yaxın panel müzakirəsi keçirilib. İİTKM-in “Azexport.az” və “Enterprise Azerbaijan” portallarının təşkilatçılığı ilə baş tutan sessiyalar xüsusi maraqla qarşılanıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu