EnterpriseAzerbaijan.com portalına yeni rəhbər təyin olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Musayeva EnterpriseAzerbaijan.com portalının rəhbəri vəzifəsinə təyin olunub.
M.Musayeva Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr və magistr təhsili alıb. Daha sonra eyni fakültənin doktorantura pilləsində təhsilini davam etdirib və Coğrafiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb. 2019-cu ildən Dosent Elmi adını alıb və hazırda AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru proqramı üzrə qiyabi doktorantdır.
50-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 1 dərsliyin və 15 dərs proqramının müəllifidir. 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub, 2017-ci ildə ilk Respublika İnnovasiya Müsabiqəsinin qalibi olub.
M.Musayeva Beynəlxalq konfrans, seminar və simpoziumlarda iştirak edərək beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. Həmçinin 2021-ci ildə Danimarkada keçirilən Qlobal Startap Mükafatlandırılmasında "EcoPrint" layihəsi ilə "Ən yaxşı yaşıl startap texnologiyası" adına layiq görülüb.
Qeyd edək ki, EnterpriseAzerbaijan.com portalı Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı əsasında yaradılıb. Portalın məqsədi ölkədə sahibkarlığın inkişafını təmin etdirməklə, yeni ideya, startap, investisiya və ya biznes layihələrinin həyata keçməsində alternativ maliyyə mənbələrini ölkə iqtisadiyyatına cəlb etmək, portala yerləşdirilən layihələri yerli və xarici investorların diqqətinə çatdırmaqda vasitəçi olmaq, o cümlədən ölkədə fəaliyyət göstərən sahibkarlara və startapçılara layihələrini dünya standartlarına uyğunlaşdırmaqda və təkminləşdirməkdə dəstək göstərməkdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib