EnterpriseAzerbaijan.com biznesin inkişafı və startaplar üzrə beynəlxalq vebinar keçirib
EnterpriseAzerbaijan.com portalının təşəbbüsü ilə İnkişaf və sahibkarlıq üzrə beynəlxalq konsultant, Malayziya əsilli Fadzilah Ahmad Din tərəfindən “Startaplarda bacarıqların artırılması” mövzusunda vebinar keçirilib.
O bidirib ki, sahibkarlığın inkişafı sahəsində ekosistem yanaşmasının tətbiqi həm qlobal səviyyədə, həm də ayrı-ayrı regionlar səviyyəsində tətbiq oluna bilər.
Vebinarda Azərbaycanda startap sektorunun daha çox dövlət dəstəyi hesabına inkişaf etdiyi bildirilib. Təəssüf ki, yerli investorların belə layihələrə marağı hələ də yüksək deyil. Ekspert bidirib ki, sahibkarlığın inkişafı sahəsində ekosistem yanaşmasının tətbiqi həm qlobal səviyyədə, həm də ayrı-ayrı regionlarda tətbiq oluna bilər. Həmçinin yeni şərtlər çərçivəsində bu gün Azərbaycanda startap layihələri əsasən təhsil (onlayn kurslar), elektron ticarət və sosial şəbəkələr üzrə təklif olunur. Ekspertə görə bunlar ən çox resurs tələb edən layihələrdir. Belə ki, onların həyata keçirilməsi üçün xüsusi maliyyə tələb olunmur və uğur ilk növbədə komandanın düzgün seçilməsindən asılıdır.
Xatırladaq ki, www.enterpriseazerbaijan.com portalı Prezident İlham Əliyevin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 sentyabr 2018-ci il tarixli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılıb.
www.enterpriseazerbaijan.com internet portalının məqsədi Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması üçün ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirmək, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli imkan yaratmaqdır.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf