“Enterprise Azerbaijan” və AYİB arasında görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterprise Azerbaijan” portalı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıqla bağlı görüş keçirilib.
Görüşdə portalın rəhbəri Mətanət Musayeva, “Enterprise Azerbaijan”ın rezidenti, “Alma Consulting” şirkətinin rəhbəri Habil Əhmədov, layihə meneceri Aydan Hüseynzadə, Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik bizneslər üzrə baş meneceri Samir Həmidov və analitiki Linara Əliyeva iştirak ediblər. Tədbir zamanı Azərbaycanda startap layihələrin dəstəklənməsi və investisiya imkanları müzakirə olunub.
Portalın rəhbəri Mətanət Musayeva “Enterprise Azerbaijan”ın fəaliyyəti haqqında ümumi məlumat verib. Layihə meneceri Aydan Hüseynzadə isə “StartUp School 1” və “StartUp School 2” layihələrini əməkdaşlara təqdim edib. Tərəflər arasında “StartUp School 3” layihəsi müzakirə olunub, AYİB əməkdaşları tərəfindən layihənin dəstəklənməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb.
Daha sonra qonaqlar “Star Venture” proqramının perspektivləri haqqında məlumat veriblər. Bildirilib ki, layihə startapları, akselerator və məsləhətçiləri öz potensiallarını üzə çıxarmağa dəstək olur. “Star Venture” indiyə qədər Cənubi və Şərqi Aralıq dənizi regionunu, Qərbi Balkanları, Mərkəzi Asiyanı, Şərqi Avropanı, Qafqazı və Türkiyəni əhatə edən 23 ölkədə 550-dən çox yüksək potensiallı şirkətləri dəstəkləyib.
Tərəflər Azərbaycanın iqtisadiyyatına töhfə verəcək yeni layihələr üzrə əməkdaşlıq üçün razılıq əldə ediblər. Bununla yanaşı, gələcəkdə müntəzəm görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin artırılması ilə bağlı fikirlər səsləndirilib. Bu cür əməkdaşlığın regionda innovativ həllərin inkişafına və iqtisadi artıma səbəb olacağı vurğulanıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf