“Enterprise Azerbaijan” portalı tərəfindən Gəncə Dövlət Universitetinin tələbələrinə təlim keçilib

“Enterprise Azerbaijan” portalı tərəfindən Gəncə Dövlət Universitetinin tələbələrinə təlim keçilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində Gəncə Dövlət Universitetinin tələbələri ilə onlayn görüş təşkil edilib. Görüşdə startap fəaliyyəti və innovasiya ekosistemi haqqında məlumat verilib. Təqdimatda qlobal innovasiya mühitində müşahidə edilən tendensiyalar, startapların iqtisadi inkişafda rolu, həmçinin gənclər üçün mövcud imkanlar və perspektivlər izah olunub.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 4” proqramını təqdim edib. Proqramın əsas məqsədləri, iştirak şərtləri, seçim mərhələləri, eləcə də iştirakçılara təqdim olunan təlim, mentorluq və investorlarla əlaqələndirmə imkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, proqram çərçivəsində startaplar qlobal innovasiya ekosisteminin qabaqcıl təcrübələrə malik tərəflərindən təlim-mentorluq xidməti almaqla yanaşı, real bazar əlaqələrinin qurulması və investorlara çıxış imkanları ilə dəstəklənir. İnfosessiya interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 “Startup School 4” proqramı innovativ ideyaların inkişaf etdirilməsini, startapların beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını və gənc təşəbbüskarların dəstəklənməsini hədəfləyir. Proqram çərçivəsində seçilən startaplar müxtəlif təlim və mentorluq mərhələlərindən keçərək öz layihələrini inkişaf etdirmək, eyni zamanda investorlarla birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər.

Qeydiyyat 15 may tarixinədək davam edir.

Qeydiyyat üçün müraciət linki: https://startupschool.az/en/register

“Enterprise Azerbaijan” portalı tərəfindən Gəncə Dövlət Universitetinin tələbələrinə təlim keçilib