Bakı Ali Neft Məktəbində "StartUp School" layihəsinin tanıtımı reallaşıb
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterpriseazerbaijan.gov.az portalının rəhbəri Mətanət Musayeva, layihə meneceri Nəzrin Əkbərova, mentor Habil Əhmədov ali təhsil müəssisələrində "StartUp School" layihəsinin tanıtımı çərçivəsində Bakı Ali Neft Məktəbində olublar.
Portalın rəhbəri Mətanət Musayeva layihənin məqsədi, gənclərin ideyalarını reallığa çevirmək və innovasiyaların inkşafı istiqamətində tələbələrə geniş məlumat verib.
Mentor Habil Əhmədov tələbələrlə layihə ətrafında maraqlı müzakirələr aparıb, layihə menecei Nəzrin Əkbərova isə onları ingilis dilində təqdimatla tanış edib.
Təqdimat zamanı bildirilib ki, kursu bitirən bütün startaplara beynəlxalq səviyyəli sertifikatlar təqdim ediləcək. Birinci yerin qalibləri isə "I2B" üçün Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinə getmək şansı qazanacaq.
Tədbirdə ideaları olan, startuplarla maraqlanan bacarıqlı tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbin innovasiyalar şöbəsinin əməkdaşları Farad Kamyabi və Elmar Əsgərzadə də iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib