15 mart 2023, 14:30

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterpriseazerbaijan.gov.az portalının rəhbəri Mətanət Musayeva, layihə meneceri Nəzrin Əkbərova, mentor Habil Əhmədov ali təhsil müəssisələrində  "StartUp School" layihəsinin tanıtımı çərçivəsində Bakı Ali Neft Məktəbində olublar.

Portalın rəhbəri Mətanət Musayeva layihənin məqsədi, gənclərin ideyalarını reallığa çevirmək və innovasiyaların inkşafı istiqamətində tələbələrə geniş məlumat verib.  

Mentor Habil Əhmədov tələbələrlə layihə ətrafında maraqlı müzakirələr aparıb, layihə menecei Nəzrin Əkbərova isə onları ingilis dilində təqdimatla tanış edib.

Təqdimat zamanı bildirilib ki, kursu bitirən bütün startaplara beynəlxalq səviyyəli sertifikatlar təqdim ediləcək. Birinci yerin qalibləri isə "I2B" üçün Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinə getmək şansı qazanacaq.

Tədbirdə ideaları olan, startuplarla maraqlanan bacarıqlı tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbin innovasiyalar şöbəsinin əməkdaşları Farad Kamyabi və Elmar Əsgərzadə də iştirak ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az