Azranking.az: “Biznesə daxilolma” işçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də işçi qrupa daxil olan konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasda Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə cavablandırılmış sorğu vərəqəsinin və qiymətləndirmə nəticələrinə dair arayışın müzakirəsi aparılıb.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatı, qiymətləndirmə zamanı tətbiq edilən metodologiya, hesabatın “Biznesə daxilolma” indikatoru üzrə sorğu vərəqəsinə dair məlumat verib.
“Biznesə daxilolma” işçi qrupunun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sorğu vərəqəsi üzrə yaranan məsələlər, ölkəmizdə biznesin qeydiyyatı sahəsində tətbiq olunan təcrübə və həyata keçirilən islahatlar barədə məlumat verib.
İşçi qrupun üzvləri bu sahədə onlayn xidmətlərin mövcudluğu, qeydiyyat prosesində digər dövlət qurumları ilə inteqrasiya, yerli MMC-lərin, həmçinin xarici hüquqi və fiziki şəxslərin təsisçiliyi ilə bağlı məsələləri, “Biznesə daxilolma” sahəsində həyata keçirilən Yol Xəritəsinin icrası çərçivəsində görülən işlərin bu qiymətləndirmə prosesinə təsirlərini müzakirə ediblər. Ölkəmizin bu qiymətləndirmə prosesində obyektiv dəyərləndirilməsi üçün imkanlar barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı “Azercell Telekom” şirkətinin nümayəndəsi Sevinc Novruzova milli şirkətlər barədə ümumi data bazanın yaradılması, kontr-agentlərlə iş zamanı bu datadan istifadə edilməsi imkanlarına baxılması təklifi ilə çıxış edib.
Iclasda sahibkarlıq assosiasiyaları ilə görüşlərin intensivləşdirilməsi zərurəti vurğulanıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib