Azexport.az və “ODS Consulting Group” arasında görüş keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Türkiyənin “ODS Consulting Group” şirkətinin nümayəndələri arasında görüş baş tutub.
Görüşdə iştirak edən Azexport.az portalının rəhbəri Ayxan Qədəşov portal tərəfindən təqdim olunan xidmətlərə dair təqdimatla çıxış edib. Daha sonra “ODS Consulting Group” şirkətinin nümayəndələri Teoman Engin və Pınar Seçkin təmsil etdikləri təşkilatın xidmətlərinə dair məlumatları bölüşüblər.
Tədbir qarşılıqlı əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsi və birgə layihələrin icrasına dair müzakirələrlə davam edib.
Qeyd edək ki, “ODS Consulting Group” 2008-ci ildən fəaliyyət göstərir. Şirkət istehsal, logistika, korporativ idarəetmə və beynəlxalq ticarət kimi sahələrdə məsləhət xidmətləri təqdim edir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib