14 aprel 2023, 11:07

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Türkiyənin “ODS Consulting Group” şirkətinin nümayəndələri arasında görüş baş tutub.

Görüşdə iştirak edən Azexport.az portalının rəhbəri Ayxan Qədəşov portal tərəfindən təqdim olunan xidmətlərə dair təqdimatla çıxış edib.  Daha sonra  “ODS Consulting Group”  şirkətinin nümayəndələri Teoman Engin və Pınar Seçkin təmsil etdikləri təşkilatın xidmətlərinə dair məlumatları bölüşüblər.

Tədbir qarşılıqlı əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsi və birgə layihələrin icrasına dair müzakirələrlə davam edib.  

Qeyd edək ki, “ODS Consulting Group” 2008-ci ildən fəaliyyət göstərir. Şirkət istehsal, logistika, korporativ idarəetmə və beynəlxalq ticarət kimi sahələrdə məsləhət xidmətləri təqdim edir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az