Azexport.az portalına daha 40 şirkət cəlb olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM ) 40-a yaxın yerli istehsalçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Sahibkarları qəbul edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son dövrlərdə aparılan iqtisadi islahatlar, eləcə də biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O Azərbaycanda istehsal olunan yerli məhsulların vahid məlumat bazası olan Azexport.az portalının məqsədi, texniki imkanları barədə şirkət rəhbərlərinə məlumat verib. Vüsal Qasımlı əlavə edib ki, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq.
Qeyd edək ki, Azexport.az portalına məlumatların daxil edilməsi porssesi davam edir. Görüş zamanı şirkət nümayəndələrinə həmçinin Azexport.az portalına məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Azexport.az-ın funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlıq edilir.
Daha sonra Azexport.az-ın hazırlanmasında məsul olan icraçılar yerli istehsal olan məhsullar haqqında məlumatların portala daxil edilmə yollarını şirkət nümayəndələrinə izah ediblər və bununla bağlı onların suallarını cavablandırıblar.
Növbəti mərhələdə portaldan istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı yerli icra hakimiyyətlərində görüşlər keçirmək məqsədi ilə bölgələrə səfərlər təşkil olunacaq.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır